“Yeyəsən qaz ətini, görəsən ləzzətini”- Tələbələrin təqdimatında

Noyabrın 30 – da Bilik Fondunun “Mədəni maarifləndirmə” proqramı çərçivəsində Pedaqoji Universitetinin nəzdindəki Dövlət Pedaqoji Kollecində fəaliyyət göstərən “Mizan” Tələbə Dram Dərnəyi  Əbdürrəhim bəy Haqverdiyevin “Yeyəsən qaz ətini, görəsən ləzzətini” əsəri əsasında hazırlanmış tamaşasını təqdim edib. Olaylar.az bildirir ki, kollecdə keçirilən premyerada tədris ocağının direktoru Qulu Novruzov Bilik Fondu ilə əməkdaşlığın müəllim və tələbələr tərəfindən razılıqla qarşılandığını vurğulayaraq, həyata keçirilən birgə maarifləndirici layihələrin səmərəsindən danışıb.

Noyabrın 30 - da Bilik Fondunun "Mədəni maarifləndirmə" proqramı çərçivəsində Pedaqoji Universitetinin nəzdindəki Dövlət Pedaqoji Kollecində fəaliyyət göstərən "Mizan" Tələbə Dram Dərnəyi  Əbdürrəhim bəy Haqverdiyevin "Yeyəsən qaz ətini, görəsən ləzzətini" əsəri əsasında hazırlanmış tamaşasını təqdim edib.

Olaylar.az bildirir ki, kollecdə keçirilən premyerada tədris ocağının direktoru Qulu Novruzov Bilik Fondu ilə əməkdaşlığın müəllim və tələbələr tərəfindən razılıqla qarşılandığını vurğulayaraq, həyata keçirilən birgə maarifləndirici layihələrin səmərəsindən danışıb.

Bilik Fondunun icraçı direktoru Oktay Səmədov dərnəyin fəaliyyətini yüksək qiymətləndirərək qısa zaman ərzində tələbələrin klassiк realist dramaturgiyamıza üz tutmaqla belə səhnə əsərini ərsəyə gətirmələrini təqdir edib.

Dərnəyin bədii rəhbəri, tamaşanın rejissoru, Əməkdar artist Məmməd Səfa tələbə gənclərin teatr sənətinə marağından bəhs edib, dərnək üzvlərinin məşqlərdə həvəslə iştirak etdiklərini bildirib.

Pedaqoji Kollecdə yaradılan dərnəyin bədii rəhbəri Mədəniyyət və İncəsənət Universitetinin dosenti, Əməkdar artist Məmməd Səfa, layihənin koordinatoru Bilik Fondunun aparıcı məsləhətçisi Ramilə Qurbanlıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31