ABŞ məhkəməsi bitkoin köçürmələri edənlərin adlarının açıqlanmasını tələb edib

ABŞ-ın Kaliforniya ştatının Federal məhkəməsi “Coinbase” bitkoin birjasından özünün 14 min 355 müştərisinin adlarının açıqlanmasını tələb edib. Məhkəmə birjadan indiyə qədər elektron valyuta ilə anonim olaraq 20 min dollardan artıq həcmdə köçürmə etmiş şəxslərin adlarının açıqlanmasını istəyib.

ABŞ-ın Kaliforniya ştatının Federal məhkəməsi "Coinbase" bitkoin birjasından özünün 14 min 355 müştərisinin adlarının açıqlanmasını tələb edib. Məhkəmə birjadan indiyə qədər elektron valyuta ilə anonim olaraq 20 min dollardan artıq həcmdə köçürmə etmiş şəxslərin adlarının açıqlanmasını istəyib.

Birja ABŞ Vergilər İdarəsinə (IRS) hər bir köçürmə üzrə vergi ödəyicilərinin təvəllüd tarixlərini, ünvanlarını və identifikasiya nömrələrini təqdim etməlidir. Paralel olaraq, IRS tərəfindən ABŞ vətəndaşı və Rusiyada fəaliyyət göstərən məşhur "Tinkoff-Bank"ın sahibi Oleq Tinkova qarşı vergilərdən yayınma üzrə araşdırma aparıldığı qeyd edilir. Virtualaz.org

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31