Gündəm
Ekspert: Azərbaycan, Türkiyə və Pakistan regionda sabitliyi təmin edir
Azərbaycan, Türkiyə və Pakistan regionda sabitliyin təmin olunması üçün vacib addımlar atır. Bunu Türkiyənin Strateji araşdırmalar diplomatik mərkəzinin rəhbəri və Paris Universitetinin mədəni diplomatiya kafedrasının müdiri Naciye Selin Şenocak deyib.
Nazirlər Kabinetinin növbəti il üçün iş planının müzakirəsinə həsr olunmuş geniş iclası keçirilib
Baş nazir Artur Rasi-zadənin sədrliyi ilə Nazirlər Kabinetinin növbəti il üçün iş planının müzakirəsinə həsr olunmuş geniş iclası keçirilib. Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, iclasda Azərbaycan Prezidentinin 2017-ci il 10 oktyabr tarixli Fərmanı ilə təsdiq edilmiş Nazirlər Kabinetinin yeni iş qaydasına əsasən, Nazirlər Kabinetinin Konstitusiyada təsbit edilmiş və Prezidentin aktları ilə ona həvalə olunmuş səlahiyyətlərin icrası və digər tədbirlərin həyata keçirilməsi üçün növbəti ildə görüləcək işlərin qabaqcadan planlaşdırıldığı vurğulanıb.
Roma Papası Banqladeşə gəldi
Roma Papası Fransiskin Asiya ölkələrinə səfəri davam edir. Trend-in məlumatına görə, bu gün səfər çərçivəsində Papa Banqladeşə gəlib. Roma Papsının Dakkada Myanmadan qaçmış Rohinca müsəlmanları ilə görüşəcəyi gözlənilir.
Saakaşvili Kiyev restoranında yad qadınla bir yerdə görüntüləndi
Gürcüstanın keçmiş prezidenti, Odessa vilayətinin sabiq qubernatoru və Yeni Qüvvələr Birliyi Partiyasının (RUH) lideri Mixail Saakaşvili Kiyev restoranlarından birində yad qadınla bir masa arxasında görüntülənib.
"Bizim valideynlər müəllimə yol tapmaq üçün hər bir üsula əl atırlar" - Məleykə Abbaszadə
"Yazı işini yoxlayan insan olduqda bizim valideynlər müəllimə yol tapmaq üçün hər bir üsula əl atırlar. Biz isə qiymətləndirməni elə tətbiq edirik ki, insan faktoru qiymətləndirməyə təsir etməsin". Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
Bərdə sakinindən ov tüfəngi götürülüb
Bərdə rayon sakinində odlu silah aşkar edilib. DİN-dən “Olaylar”a verilən məlumata görə, Ağdam RPŞ-nin əməkdaşları tərəfindən Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş Zahir Məmmədovdan müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi götürülüb.
Quldurluq edən Ağstafa sakini saxlanıb
Quldurluq etməkdə şübhəli bilinən Ağstafa rayon sakinləri saxlanılıblar. DİN-dən “Olaylar”a verilən məlumata görə, Ağstafa RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 28-də Nuran Babayevin 500 manatını və mobil telefonunu quldurluq yolu ilə almaqda şübhəli bilinən rayon sakinləri Elşən Eybətov və Teymur Məsmalıyev saxlanılıblar. Araşdırma aparılır.
Biznes inkubatorların idarə edilməsində beynəlxalq təcrübə müzakirə edilib
Noyabrın 29-30-da Bakı Biznes Tədris Mərkəzinin və İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun birgə təşkilatçılığı ilə “Biznes inkubatorların idarə edilməsində beynəlxalq təcrübə: Azərbaycanda tətbiqi imkanları” mövzusunda seminar keçirilib. İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, Bakı Biznes Tədris Mərkəzində keçirilən tədbirdə Avropa İttifaqının beynəlxalq ekspertləri, Polşanın Azərbaycandakı Səfirliyinin, texnoparkların, ölkədə fəaliyyət göstərən biznes inkubatorların və onların rezidentlərinin, ali təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər.
1700 sahibkara 114 milyon manat güzəştli kredit verilib
2017-ci ilin ötən dövrü ərzində 1700-dək sahibkarın investisiya layihəsinin maliyyələşdirilməsi məqsədilə 114 milyon manat güzəştli kredit verilib. “Olaylar” xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun şöbə müdiri Samir Hümbətov məlumat verib.
Balakən rayonunda tütünçülüyün və bağçılığın inkişafı təşviq olunur
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsini davam etdirir.
"Müəllimlərin yeni alətlərdən istifadə bacarıqları yetərli deyil"
Müəllimlər 2012-ci ildən başlayaraq yalnız ənənəvi testlərdən istifadə ediblər. Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. O vurğulayıb ki, halbuki müəllimlər müasir standartlara uyğun olaraq yeni alətlərdən istfadə etməli idilər: "20 il ərzində müəllimləri ənənəvi tədris forması üçün öyrədə bilmişdik.
"Neftçi" klubu adını çirkin oyunlarda hallandıranlara xəbərdarlıq edib
Son günlər Kütləvi İnformasiya Vasitələrində klubumuzun ictimai nüfuzuna xələl gətirən və heç bir həqiqətə uyğun olmayan məlumatlar yayılır. Komandamızın oyununun və nəticələrinin yaxşılaşdığı bir vaxtda bu cür qərəzli xəbərlərlə "Neftçi"nin gündəmə gətirilməsi bizi növbəti dəfə mövqeyimizi ortaya qoymağa məcbur etdi.
"Demişdi ki, Zaurun verilişinə getmərəm, özünü apara bilmir"
Su hövzələrindəki quşlara çörək atmaq olmaz - Nazirlik
Söz hövzələrində yaşayan quşlara çörək atmaq olmaz, bu, onların asan hədəf olmasına səbəb olur. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib. Zooparklarda, təbii və süni yaradılmış göllərdə məskunlaşan quşlara xüsusilə uşaqların tez-tez çörək atdığının şahidi olmuşuq. Bilmədən etdiyimiz bu vərdişlər əslində həm təbiəti çirkləndirmək, həm heyvanlara ziyan vurmaq baxımından zərərlidir: “Çörəyin içində bir çox quşun həzm edə bilməyəcəyi miqdarda duz və şəkər var.
“ASAN xidmət” mərkəzlərində dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün ŞANS
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Quba və Mingəçevir regional “ASAN xidmət” mərkəzlərində inzibati vəzifələrin yeddinci təsnifatlarına uyğun vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün B növünə daxil olan BB vəzifə qrupu üzrə müsabiqənin test imtahanına Dövlət İmtahan Mərkəzi tərəfindən qeydiyyat elan edilib. Olaylar.az bildirir ki, imtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında “şəxsi kabinet”lərini yaratmalıdır. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanda iştirak etmək üçün DİM-in internet portalında “Dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak etmək üçün onlayn qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçmək lazımdır.














