Balakən rayonunda tütünçülüyün və bağçılığın inkişafı təşviq olunur

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsini davam etdirir.

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsini davam etdirir. Nazirlikdən "Olaylar"a verilən məlumata görə, bu istiqamətdə növbəti tədbir - sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum noyabrın 30-da Balakən rayonunda keçirilib. İşgüzar forum çərçivəsində Balakən rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan startap layihələrin maliyyələşdirilməsi, çörək istehsalı və meyvəqurutma, tütün, fındıq və süd emalı müəssisələrinin, tütünçülük və bağçılıq təsərrüfatlarının, tütünqurutma kameralarının, barama qəbulu və emalı məntəqələrinin, otelin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb. Tədbir çərçivəsində Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlara 874 min manat güzəştli kredit verilib. Verilən kreditlər heyvandarlıq, quşçuluq, bağçılıq, tütünçülük, mebel istehsalı və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 150-dək yeni iş yerinin açılması mümkün olacaq. Forum çərçivəsində Balakən rayonunda güzəştli kredit ayrılmış tütünçülük təsərrüfatına baxış keçirilib. Qeyd edək ki, bu ilin ötən dövrü ərzində tütünçülüyün inkişafı ilə bağlı 100-dək sahibkara 1,6 milyon manat güzəştli kredit verilib.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31