1700 sahibkara 114 milyon manat güzəştli kredit verilib
2017-ci ilin ötən dövrü ərzində 1700-dək sahibkarın investisiya layihəsinin maliyyələşdirilməsi məqsədilə 114 milyon manat güzəştli kredit verilib. “Olaylar” xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun şöbə müdiri Samir Hümbətov məlumat verib.
30 Noyabr 2017 16:29 İqtisadiyyat2017-ci ilin ötən dövrü ərzində 1700-dək sahibkarın investisiya layihəsinin maliyyələşdirilməsi məqsədilə 114 milyon manat güzəştli kredit verilib. "Olaylar" xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun şöbə müdiri Samir Hümbətov məlumat verib. Bildirib ki, bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 5100-dək yeni iş yerinin yaradılmasına imkan verir. Qeyd edilib ki, ümumilikdə indiyədək Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2270-dək investisiya layihəsinin maliyyələşdirilməsinə 102,4 milyon manat güzəştli kredit verilib.