Su hövzələrindəki quşlara çörək atmaq olmaz - Nazirlik
Söz hövzələrində yaşayan quşlara çörək atmaq olmaz, bu, onların asan hədəf olmasına səbəb olur. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib. Zooparklarda, təbii və süni yaradılmış göllərdə məskunlaşan quşlara xüsusilə uşaqların tez-tez çörək atdığının şahidi olmuşuq. Bilmədən etdiyimiz bu vərdişlər əslində həm təbiəti çirkləndirmək, həm heyvanlara ziyan vurmaq baxımından zərərlidir: “Çörəyin içində bir çox quşun həzm edə bilməyəcəyi miqdarda duz və şəkər var.
30 Noyabr 2017 16:20 SosialSöz hövzələrində yaşayan quşlara çörək atmaq olmaz, bu, onların asan hədəf olmasına səbəb olur. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib. Zooparklarda, təbii və süni yaradılmış göllərdə məskunlaşan quşlara xüsusilə uşaqların tez-tez çörək atdığının şahidi olmuşuq. Bilmədən etdiyimiz bu vərdişlər əslində həm təbiəti çirkləndirmək, həm heyvanlara ziyan vurmaq baxımından zərərlidir: "Çörəyin içində bir çox quşun həzm edə bilməyəcəyi miqdarda duz və şəkər var. Ördəklər və qu quşları bu cür bəslənmə ilə təbii davranışlarından uzaqlaşıb tənbəlliyə alışırlar. Bundan başqa, insandan qorxmamağı öyrənirlər. Bu da gələcəkdə daha asan hədəf olmalarına gətirib çıxarır. Həmçinin, verdiyimiz qida ilə suyun keyfiyyətini pozuruq, eyni zamanda yosunların sürətlə çoxalmasına səbəb oluruq. Beləcə suda oksigenin səviyyəsi düşür, bu da su bitkiləri və balıqların ölməsinə səbəb olur". Olaylar.az Axar.az-a istinadən xəbər verir.