Saakaşvili Kiyev restoranında yad qadınla bir yerdə görüntüləndi
Gürcüstanın keçmiş prezidenti, Odessa vilayətinin sabiq qubernatoru və Yeni Qüvvələr Birliyi Partiyasının (RUH) lideri Mixail Saakaşvili Kiyev restoranlarından birində yad qadınla bir masa arxasında görüntülənib.
30 Noyabr 2017 16:37 DünyaGürcüstanın keçmiş prezidenti, Odessa vilayətinin sabiq qubernatoru və Yeni Qüvvələr Birliyi Partiyasının (RUH) lideri Mixail Saakaşvili Kiyev restoranlarından birində yad qadınla bir masa arxasında görüntülənib. Bununla bağlı bloger Vsevolod Filimonenko öz Facebook səhifəsində müvafiq foto yerləşdirib. Onun sözlərinə görə, foto noyabrın 29-da "Givi Rubinşteyn" restoranında çəkilib.
Başqa bloger, Miroslav Oleşko iddia edib ki, fotoda siyasətçi ilə söhbət edən qadın Ukraynadakı "Ölkə" internet-nəşrinin redaktoru Svetlana Kryukovadır. Bloger həm də əlavə edib ki, "Givi Rubinşteyn" şəhərdə ən bahalı restoranlardan biridir. Virtualaz.org