“ASAN xidmət” mərkəzlərində dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün ŞANS

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Quba və Mingəçevir regional “ASAN xidmət” mərkəzlərində inzibati vəzifələrin yeddinci təsnifatlarına uyğun vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün B növünə daxil olan BB vəzifə qrupu üzrə müsabiqənin test imtahanına Dövlət İmtahan Mərkəzi tərəfindən qeydiyyat elan edilib. Olaylar.az bildirir ki, imtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında “şəxsi kabinet”lərini yaratmalıdır. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanda iştirak etmək üçün DİM-in internet portalında “Dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak etmək üçün onlayn qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçmək lazımdır.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Quba və Mingəçevir regional "ASAN xidmət" mərkəzlərində inzibati vəzifələrin yeddinci təsnifatlarına uyğun vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün B növünə daxil olan BB vəzifə qrupu üzrə müsabiqənin test imtahanına Dövlət İmtahan Mərkəzi tərəfindən qeydiyyat elan edilib.

Olaylar.az bildirir ki, imtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında "şəxsi kabinet"lərini yaratmalıdır. "Şəxsi kabinet" yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanda iştirak etmək üçün DİM-in internet portalında "Dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak etmək üçün onlayn qeydiyyat" xidməti vasitəsilə qeydiyyatdan keçmək lazımdır.

İnzibati dövlət qulluğu vəzifələrinin B növünə aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə test imtahanı 17 dekabrda keçiriləcəkdir və həmin imtahanda iştirak etmək üçün qeydiyyat 6 dekabr 2017-ci il tarixinədək davam edəcəkdir.

Daha ətraflı məlumatı aşağıdakı linkdən əldə edə bilərsiniz: http://dim.gov.az/news/events/3494/

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31