Gündəm
Mövlud Çavuşoğlu: "Azərbaycanın icazəsi olmadan Dağlıq Qarabağa getmək cinayətdir"
“Dörd vətəndaşımızın Türkiyə və Azərbaycanın xəbəri, məlumatı olmadan Dağlıq Qarabağa getməsini öyrənəndə biz də çox məyus olduq”. Bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Fikrət Qocanın oğlunun qətlində təqsirləndirilən şəxslər son söz üçün məhkəmədən vaxt istəyiblər
Bakı Ağır Cinayətlər Məhkəməsində xalq şairi Fikrət Qocanın oğlunun qətlində təqsirləndirilən Elnur Nəhmədov, onun xuliqanlıqda təqsirləndirilən tanışları - Ruslan Məmmədov və Pərviz Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam edib. Məlumata görə, hakim Novruz Kərimovun sədrlik etdiyi iclasda Elnur Nəhmədovun vəkili müdafiə nitqi ilə çıxış edib.
Azay Quliyev: "Azərbaycan və Rusiya QHT-lərinin birgə əməkdaşlığı üçün böyük potensial var"
"Azərbaycan və Rusiyanın ictimai sektorları arasında münasibətlərin səviyyəsi bizi qane etmir". Məlumata görə, bunu Rusiya İctimai Palatası rəhbərliyi ilə görüşdən sonra Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev deyib. O, Rusiya İctimai Palatasının katibi Valeri Fadeyevin dəvəti ilə Moskvaya səfərə gəldiklərini söyləyib: "Bugünkü görüşün məqsədi iki qurum arasında gələcək əməkdaşlıq məsələlərini müzakirə etmək idi. Azərbaycanla Rusiya arasında isti münasibətlər mövcuddur. Hər iki ölkə bir-birini strateji tərəfdaş adlandırır. Dövlət başçıları arasında münasibətlər yüksək səviyyədədir. Rusiyada çoxlu sayda azərbaycanlılar yaşayır. Azərbaycanda da çoxlu sayda rus var".
Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası ilə Rusiya İctimai Palatasının birgə iclası keçirilib
Moskvada Rusiya Federasiyasının İctimai Palatası ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının birgə iclası keçirilib. Məlumata görə, iclasda Şuranın sədri Azay Quliyev, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiya İctimai Palatasının katibinin müavini Sergey Orconikidze və Palatanın digər üzvləri iştirak ediblər.
Bakıda qanunsuz əczaçılıq fəaliyyəti - Bir şirkət rəhbəri tutuldu, digəri nəzarətə alındı
Bununla belə, son zamanlar bir sıra həkim-kosmetoloqlar tərəfindən istifadə zamanı insan sağlamlığına bərpaolunmaz zərər vurmaqla əhali arasında geniş narazılığa səbəb olan saxta, mənşəyi məlum olmayan, kustar üsulla hazırlanmış, habelə dövlət qeydiyyatından keçməyən məişətdə “botoks” kimi tanınan dərman vasitələrinin və kosmetik pereparatların istehsalı, satışı və idxalı barədə daxil olmuş çoxsaylı müraciətlər əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri keçirilib.
Səhiyyə Nazirliyi koksaki virusunun yayılması ilə bağlı məlumatlara aydınlıq gətirib
Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ölkədə uşaqlar arasında Koksaki virusunun yayılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. Mərkəzin direktor müavini Afaq Əliyeva bildirib ki, koksaki virusunun yayılması ilə bağlı məlumatlar düzgün deyil: "Ölkədə Koksaki virusu yoxdur. Azərbaycanda indiyədək aparılan laborator müayinələr zamanı Koksaki virusuna yoluxma halı aşkarlanmayıb”.
Ukraynada məhkəmə zalında PARTLAYIŞ: ölən və yaralananlar var
Ukraynada məhkəmə zalında partlayış olub. Hadisə Nikopol şəhərində baş verib. İki nəfərin avtomobildə güllələnməsi işi üzrə dinləmələr zamanı ölən şəxslərdən birinin atası hakim məhkəmə iclasının növbəti dəfə təxirə salınması haqqında qərarını açıqlayandan sonra iki qumbaranı işə salıb. Həmin şəxs hadisə yerində ölüb. Daha 9 nəfər yaralanıb. Yaralananlar arasında üç müttəhim, iki konvoy və məhkəmə əməkdaşı var. Faktla bağlı cinayət işi qaldırılıb.
Bütün Tanzaniya qaranlığa qərq oldu
Tanzaniyada bütün regionalarda elektrik verilişi kəsilib. Ölkənin Elektrik Enerjisi Şirkəti buna səbəb olaraq müvəqqəti yaranmış texniki problemi göstəriblər. Hazırda ölkədə elektrik enerjisinin bərpa edilməsi üçün texniki heyət çalışır. Xarici KİV-lər isə belə məlumat yayıblar ki, bu, Tanzaniyanın milli elektrik təchizatı şəbəkəsinə qoşulması ilə əlaqədardır. Problemin qısa zamanda həll olunacağı bildirilir.
“Azərbaycan bu gün təkcə sosial-iqtisadi sahədə deyil, həm də KİV-lərin inkişafı istiqamətində mühüm uğurlar qazanıb”
Gənclərin Mənəvi İnkişafı İctimai Birliyinin sədri Ramiq Vəliyevin ölkədə söz, məlumat və ifadə azadlığı, plüralizmin təmin edilməsi istiqamətində görülən işlər, bu sahədə əldə edilən nailiyyətlərlə bağlı “OLAYLAR”-a müsahibəsi
Magistral yolda yeni geri dönmə hissə yaradılıb
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Ceyranbatan qəsəbəsindən keçən hissəsində avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz şəkildə geri dönməsini təmin etmək məqsədi ilə yeri geri dönmə hissə yaradılıb. Bu barədə məlumat “OLAYLAR”-a “Azəravtoyol” ASC-dən daxil olub.
Azərbaycanda aqrar sektorun inkişafına xüsusi diqqət yetirilir
“Bu gün Azərbaycanda aqrar sektorun inkişafına xüsusi diqqət yetirilir. Bu sahədə emal müəssisələrinin yaradılması da intensivləşib”. “OLAYLAR” xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən millət vəkili Eldəniz Səlimov deyib ki, kənd təsərrüfatı məhsullarının emalı sahəsində fəaliyyət göstərən istehsalçıların əksəriyyəti kiçik müəssisələr kateqoriyasına daxildir: “Bu baxımdan, son dövrlər yaradılan və müasir texnika və texnologiyalarla təchiz edilən iri müəssisələrin məhsul emalında gücü getdikcə artır”-deyən millət vəkilinin bildirdiyinə görə, son dövrlər həmçinin, ölkəmizdə kənd təsərrüfatında ənənəvi sahələrin bərpası ilə bağlı mühüm işlər görülməkdədir.
Gənclərə xalçaçılıq sənətinin sirləri öyrədilir
Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi və Hədəf Yaradıclıq Mərkəzinin təşkilatı dəstəyi ilə həyata keçiriləcək "İplərin sehri" kilimçilik və qobelin layihəsinin ilk təlimi keçirilib.
Vərəmlə daha effektiv mübarizə aparılması üçün Milli Advokasiya Strategiya planı hazırlanır
Yoluxucu xəstəliklər arasında ən çox ölümə (1.3 milyon 2016) səbəb olan vərəm xəstəliyi ilə mübarizəni gücləndirmək məqsədilə Azərbaycan Arbitraj və Mediasiya mərkəzində Azərbaycanda növbəti 3 il (2018-2020) üçün “Milli Advokasiya Strategiya Planının hazırlanması mövzusunda seminar keçirilib.
Müəllimlər bundan sonra əməkhaqqını necə alacaqlar?
Buraxılış imtahanlarında iştirak edən hər bir şagirdin yazı işi iki müəllimə göndərilir. Məlumata görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
Medvedyev prezident seçkilərində iştirak edəcək? - Özü cavab verdi ki...
Daha öncə Rusiya prezidenti olmuş hazırkı baş nazir Dmitriy Medvedyev növbəti prezident seçkilərində iştirak etməyi planlaşdırmadığını bildirib.














