Vərəmlə daha effektiv mübarizə aparılması üçün Milli Advokasiya Strategiya planı hazırlanır

Yoluxucu xəstəliklər arasında ən çox ölümə (1.3 milyon 2016) səbəb olan vərəm xəstəliyi ilə mübarizəni gücləndirmək məqsədilə Azərbaycan Arbitraj və Mediasiya mərkəzində Azərbaycanda növbəti 3 il (2018-2020) üçün “Milli Advokasiya Strategiya Planının hazırlanması mövzusunda seminar keçirilib. 

Yoluxucu xəstəliklər arasında ən çox ölümə (1.3 milyon 2016) səbəb olan vərəm xəstəliyi ilə mübarizəni gücləndirmək məqsədilə Azərbaycan Arbitraj və Mediasiya mərkəzində Azərbaycanda növbəti 3 il (2018-2020) üçün "Milli Advokasiya Strategiya Planının hazırlanması mövzusunda seminar keçirilib. 

"OLAYLAR"a daxil olan məlumata görə, vətəndaş cəmiyyəti təşkilatları nümayəndələrinin iştirakı ilə keçirilən seminarın əsas məqsədi insanların ehtiyaclarına yönəli vərəm xidmətləri modelinə keçid yolunda qarşıya çıxan əsas maneə və çətinliklərin aradan qaldırılması istiqamətində görülə biləcək strateji tədbirlər müəyyənləşdirərək, dövlət və qeyri-dövlət strukturlarının birgə iştirakı ilə "Milli Advokasiya Strategiya planı"nın hazırlanması idi. Tədbirdə QHT nümayəndələri vərəm sahəsində öz təcrübələrini bölüşdü, vərəm xidmətləri sahəsində əsas çətinliklər və ehtiyaclar sadalandı, "Vərəmlə mübarizə üzrə Azərbaycan Respublikasının qanunu"nda olan boşluqlar və lazımi dəyişiklər müzakirə olundu. Tədbirdə iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi Sosial Ekspertiza Reabilitasiya xidmətinin baş məsləhətçisi Elnura Şərifova vərəm xəstələrinin müavinət alması üçün zəruri olan sənədləşmə prosesi haqqında geniş məlumat verdi. Seminar interaktiv və əhəmiyyətli müzakirələrlə davam edib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31