Səhiyyə Nazirliyi koksaki virusunun yayılması ilə bağlı məlumatlara aydınlıq gətirib
Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ölkədə uşaqlar arasında Koksaki virusunun yayılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. Mərkəzin direktor müavini Afaq Əliyeva bildirib ki, koksaki virusunun yayılması ilə bağlı məlumatlar düzgün deyil: "Ölkədə Koksaki virusu yoxdur. Azərbaycanda indiyədək aparılan laborator müayinələr zamanı Koksaki virusuna yoluxma halı aşkarlanmayıb”.
30 Noyabr 2017 17:26 SosialSəhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ölkədə uşaqlar arasında Koksaki virusunun yayılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. Mərkəzin direktor müavini Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ölkədə uşaqlar arasında Koksaki virusunun yayılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. Mərkəzin direktor müavini Afaq Əliyeva bildirib ki, koksaki virusunun yayılması ilə bağlı məlumatlar düzgün deyil: "Ölkədə Koksaki virusu yoxdur. Azərbaycanda indiyədək aparılan laborator müayinələr zamanı Koksaki virusuna yoluxma halı aşkarlanmayıb". bildirib ki, koksaki virusunun yayılması ilə bağlı məlumatlar düzgün deyil: "Ölkədə Koksaki virusu yoxdur. Azərbaycanda indiyədək aparılan laborator müayinələr zamanı Koksaki virusuna yoluxma halı aşkarlanmayıb".
A.Əliyeva bildirib ki, Azərbaycanda yoluxucu xəstəliklərə qarşı ciddi əks-epidemik tədbirlər aparılır.
Qeyd edək ki, hüceyrədaxili parazit sayılan koksaki virusuna yoluxan insanlarda qızdırma, ishal əlamətləri, səpgi özünü göstərir. Koksaki virusu qrip virusu kimi insanlara daha çox hava-damcı yolu ilə keçir. Buna görə də xəstəlik insanlar arasında sürətlə yayılır. Bu virusa məktəbəqədər və məktəbyaşlı uşaqlar daha çox yoluxurlar. Trend.az