Gənclərə xalçaçılıq sənətinin sirləri öyrədilir

Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi və Hədəf Yaradıclıq Mərkəzinin təşkilatı dəstəyi ilə həyata keçiriləcək "İplərin sehri" kilimçilik və qobelin layihəsinin ilk təlimi keçirilib.

Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi və Hədəf Yaradıclıq Mərkəzinin təşkilatı dəstəyi ilə həyata keçiriləcək "İplərin sehri" kilimçilik və qobelin layihəsinin ilk təlimi keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, təlim layihə rəhbəri Qumru Seyfullayevanın iştirakçılara layihə barədə məlumat verməsi ilə başlayıb. Bildirib ki, təlimçimiz Əzizə Mustafazadə artıq 13 ildir ki, kilim və qobelen sənəti ilə məşğuldur. Artıq uzun müddətdir ki, bu sənətin incəlikləri ilə uşaqları tanış edir. Təlim müddətində İlk öncə xalçaçılığın tarixi və bölgələr üzrə inkişafı barədə ətraflı məlumat verilib. Daha sonra xalça, kilim və qobelen arasında oxşar və fərqli cəhətlərdən bəhs edilib. Həmçinin naxışların mənaları və işlənmə yerləri haqqında təlim iştirakçılarına dəyərli bilgilər aşılanıb. Təlimin davamı olaraq iştirakçılar onlar üçün xüsusi hazırlanmış dəzgahlardan stifadə edərək ilkin qobelen toxuma bacarığına yiyələniblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31