Gündəm

Şam ağacının işıqları yandırıldı

30 Noyabr 2017 18:55

Nyu-Yorkda Milad bayramının rəmzi olan Şam ağacının işıqlandırma mərasimi keçirilib. Mərasim ənənəvi olaraq Manhatan şəhərində yerləşən Rockefeller Plazada baş tutub. Mərasimdə 50 min lampadan ibarət çələnglər yandırılıb və bayram konserti təşkil olunub.

Diqqət: Depressiyadan necə çıxmaq olar?

30 Noyabr 2017 18:50

Depressiya affektiv hal olub mənfi emosional fonla, motivasiya sferasının dəyişməsi ilə xarakterizə olunur. Son zamanlar hətta gənclər arasında da bu xəstəlik geniş yayılıb. Psixoloq Aygün Rəhimova bildir ki, hər 100 gəncin 4 ündə ciddi depressiya əlamətləri müşahidə edilməkdədir: “Əlbəttə zaman-zaman hər kəs kədərli, ya da çətinliklər hiss edə bilər, amma əgər bunlar davamlı olrsa və bir çox sahələrdə problem yaşamanıza gətirib çıxarırsa, o zaman probleminiz depressiya ola bilər. Depressiyası olan bir adam, duyğularına məğlub olmuş, zəif, müvəffəqiyyətsiz ya da kifayət qədər səy sərf etməyən biri mənanı verir. Bəzən insanlar boşanma, iqtisadi problemlər, sevilən birinin ölümü, pis ev şərtləri, ya da sevgilisindən ayrılmaq kimi əhəmiyyətli hadisələrdən sonra depressiyaya girə bilər. Bəzən də ətrafda bir səbəb olmadan birdən depressiyaya girirlər. Əksər gənclər depressiyanın yaratdığı çətinliklərə qarşı başlarını dərdə salaraq reaksiya verərlər. Məktəbdə problem yaşamaq, pis qeydlər almaq; Ailə içində və yoldaşlar arasında problemlər, döyüşlər və mübahisələr yaşamaq kimi...Yalnız müalicəyə ehtiyacı olduğu təsəvvürü yaradır.

Ürəyin “sevdiyi” qida məhsulları hansılardır?

30 Noyabr 2017 18:45

İnsan ürəyi cəmi 300 qram olub, kişilərdə qadınlardan bir qədər ağır olur. Öz sahibinin yaşaması üçün bu kiçik, lakin dahi orqan sutka ərzində 170 l qan qovur. Əlbəttə işləyən orqana möhkəmlənmək də lazımdır. Ürəyin “sevdiyi” qida məhsulları hansılardır?

Amerikalı alimlər: Mürgüləmək beynin qavrama gücünü artırır

30 Noyabr 2017 18:35

Gün ərzində mürgüləmək beynin yeni informasiyanı qəbul etmək imkanlarını artırır. Amerikalı alimlər araşdırma işi üçün 90 nəfər könüllüdən istifadə edib. Dərketmə sınaqlarında bu adamlar bütün gün ərzində ayıq qalanlardan daha yaxşı nəticələr əldə ediblər.

19 yaşlı Aygül tualetdə doğdu, sifonu çəkib körpəni öldürdü

30 Noyabr 2017 18:28

Ailə qurmadan cinsi əlaqədə olub, hamilə qalan qadınların çarəsizlikdən uşaqlarını öldürməsi halları getdikcə artır. Belə hadisələrdən biri də Türkiyədə baş verib.

Telman İsmayılovun oteli yenidən açılır - DƏBDƏBƏLİ TOY OLACAQ

30 Noyabr 2017 18:26

Antaliyada, azərbaycanlı iş adamı Telman İsmayılov tərəfindən 1.4 milyard dollara inşa edilən "Mardan Palace Otel"in fəaliyyətə başlayacağı tarix açıqlanıb.   31 mart 2018-ci il tarixində otel yenidən xidmətə açılacaq. Otelin baş direktoru Selçuk Şentepe "Mardan Palace Otel"nin üzərinə həbs qoyulmadığını bildirib. Şirkətin bir digər investisiyası olan sport otelin həbs səbəbiylə satılmasına çalışılır. 

Məşhur rejissora 22 illik həbs

30 Noyabr 2017 18:16

Bir ailənin üç üzvünü avtomobili ilə vurub öldürən türkiyəli rejissor Emrah Serbesin istintaq prosesi başa çatıb. Məhkəmə şüurlu şəkildə birdən çox insanın ölümünə səbəb olmaqda ittiham edilən təqsirləndirilən şəxsin dosyesini hazırlayıb və Ali Məhkəməyə göndərib.

Prezident bu şəxsləri TƏLTİF ETDİ - SİYAHI

30 Noyabr 2017 18:13

Prezident İlham Əliyev Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi-Bərpa Mərkəzinin əməkdaşlarına “Əməkdar mədəniyyət işçisi” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Sabirabada 3 milyon manat ayrıldı

30 Noyabr 2017 18:12

Prezident İlham Əliyev Sabirabad şəhərində çoxmənzilli binaların əsaslı təmiri və abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası nəticəsində Sabirabad rayonunun sosial-iqtisadi həyatında əhəmiyyətli dəyişikliklər baş vermiş, əsas kapitala yönəldilmiş vəsait 117,6 dəfə, o cümlədən tikinti-quraşdırma işlərinin həcmi 123,3 dəfə artmış, infrastruktur layihələrinin yerinə yetirilməsi sahəsində mühüm tədbirlər həyata keçirilmiş, Rayon Mərkəzi Xəstəxanası, Olimpiya İdman Kompleksi, “ASAN xidmət” Mərkəzi, Bayraq Meydanı və Muzeyi, Gənclər Mərkəzi, əlil və şəhid ailələri üçün ümumilikdə 56 mənzilli 3 yaşayış binası inşa edilmiş, Rayon Mədəniyyət Mərkəzi əsaslı təmir olunmuş, təhsil müəssisələri və digər sosialyönümlü obyektlər istifadəyə verilmişdir. Bununla yanaşı Sabirabad şəhərinin içməli su təchizatı sistemi yenidən qurulmuş, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılmış, iri istehsal və emal müəssisələri yaradılmış, 15 mindən çox yeni iş yeri açılmış, genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüşdür.

Dini Komitənin sədr müavini son iki ildə Nardarandakı dəyişikliklərdən danışdı

30 Noyabr 2017 18:08

Sualınıza cavab olaraq deyə bilərəm ki, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz özünün inkişaf və çiçəklənmə dövrünü yaşayır. Paytaxt və regionlarda hər gün yeni iqtisadi, sosial və mədəni obyektlərin istifadəyə verilməsinin şahidi oluruq.

Yol polisi taksi sürücülərindən narazıdır: “Vəziyyətdən sui-istifadə edirlər”  

30 Noyabr 2017 18:02

Azərbaycanda taksi fəaliyyəti ilə məşğul olan sürücülərin sayı hər gün artır, Xüsulidə də Bakıda... Taksilərin olması çox yaxşı haldır, qayda-qanuna riayət olunsa... Taksi sürücülərinin bəziləri avtomobillərini qadağan olunmuş yerlərdə, avtobus dayanacaqlarında saxlayırlar. Onların müştəri axtarışı şəhərdə xüsusən də pik saatlarda tıxacların yaranmasına səbəb olur. Belə iddialar da var ki, taksi sürücülərinin bu addımı atmasına yol polisi əməkdaşları göz yumur. Bəs görəsən bu iddialarda doğruluq payı nə qədərdir?

Fuad Muradov Milli Məclisdə seçiciləri ilə görüşüb

30 Noyabr 2017 17:53

Milli Məclisin Gənclər və idman komitəsinin sədri, 34 saylı Xətai ikinci seçki dairəsindən deputat seçilmiş Fuad Muradov parlamentdə seçiciləri ilə görüşüb. Millət vəkili təmsil etdiyi dairədə yaşayan seçiciləri və eyni zamanda Gənclər və idman komitəsinə müraciət edən vətəndaşları ayrı-ayrılıqda qəbul edib.25 nəfər seçicinin iştirak etdiyi görüşdə millət vəkili ona ünvanlanan sualları cavablandırıb və onları narahat edən məsələləri dinləyib.

Artur Rasizadə hökumətin iclasını keçirdi

30 Noyabr 2017 17:52

Baş nazir Artur Rasizadənin sədrliyi ilə Nazirlər Kabinetinin növbəti il üçün iş planının müzakirəsinə həsr olunmuş geniş iclası keçirilib. Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, iclasda Azərbaycan Prezidentinin 2017-ci il 10 oktyabr tarixli Fərmanı ilə təsdiq edilmiş Nazirlər Kabinetinin yeni iş qaydasına əsasən, Nazirlər Kabinetinin Konstitusiyada təsbit edilmiş və Prezidentin aktları ilə ona həvalə olunmuş səlahiyyətlərin icrası və digər tədbirlərin həyata keçirilməsi üçün növbəti ildə görüləcək işlərin qabaqcadan planlaşdırıldığı vurğulanıb.

Sumqayıt Kimya Sənaye Parkında tütün məmulatları istehsal ediləcək

30 Noyabr 2017 17:48

“Tabaterra” QSC-yə Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib. Bununla da, Sənaye Parkının rezidentlərinin sayı 13-ə çatıb. İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, Sənaye Parkının ərazisində “Tabaterra” QSC beynəlxalq standartlara cavab verən siqaret istehsalını həyata keçirəcək. Şirkət tərəfindən ildə 7 milyard ədəd filterli siqaret istehsal edəcək müəssisə inşa olunacaq. Üç növdə tütün məmulatları istehsal edəcək müəssisədə 200 nəfərin daimi iş yeri ilə təmin olunması nəzərdə tutulur.