Gündəm

OPEK-in yeni prezidenti bəlli oldu

1 Dekabr 2017 09:23

OPEK-in yeni prezidenti BƏƏ-nin energetika naziri Süheyl əl Məzrui olacaq. Bu barədə OPEK-in hazırkı prezidenti Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl Falix bildirib.

İranda səhərə yaxın dəhşətli ZƏLZƏLƏ

1 Dekabr 2017 09:21

İranın cənub-şərq hissəsində 6,3 bal gücündə zəlzələ olub. Yeraltı təkanlar Bakı vaxtı ilə 06.32-də Kerman şəhərindən 65 km şimal-şərqdə qeydə alınıb. Zəlzələnin ocağı 13 km dərinlikdə olub. Dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur.

Zəlzələ - Ağsuda

1 Dekabr 2017 09:17

Avtomatlaşdırma 2030-cu ilədək 800 milyon insanı işsiz qoya bilər

30 Noyabr 2017 20:00

2030-cu ilədək robotlaşdırma və avtomatlaşdırmaya görə dünyada 375 milyondan çox insan işindən məhrum ola bilər. İnkişaf etmiş ölkələr insan əməyinin avtomatlaşdırılması üzrə inkişaf tempini sürətləndirdiyi halda 800 milyon insan yeni ixtisas öyrənməyə məcbur olacaq.

Robert Sekuta “Səfir saatı”nda mühazirə oxudu

30 Noyabr 2017 19:58

 Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla “Səfir saatı” layihəsi çərçivəsində mühazirə ilə çıxış etmək məqsədi ilə universitetdə qonaq olan ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta ilə görüşüb. Olaylar.az bildirir ki, K.Abdulla R.Sekutaya ADU-nun dəvətini qəbul edərək “Səfir saatı”nda mühazirə oxumağa razılıq verdiyi üçün təşəkkür edib: “Ümid edirəm ki, bu görüş həm tələbələr üçün çox faydalı, həm də sizin üçün çox maraqlı olacaq”.

İT sektorunda məlumat sızmalarının sayında artım qeydə alınıb

30 Noyabr 2017 19:53

“InfoWatch” şirkəti yüksək texnologiyalar sahəsində fəaliyyət göstərən təşkilatların məlumat sızmalarının öyrənildiyi kompleks tədqiqatın nəticələrini açıqlayıb.

Dünyada 600 milyon qurğu bu əməliyyat sisteminin idarəetməsi altında işləyir

30 Noyabr 2017 19:45

“Microsoft” korporasiyasının əsas icraçı direktoru Satya Nadella 2017-ci ildə ikinci dəfə şirkətin qabaqcıl əməliyyat sistemindən istifadəsi üzrə rəsmi statistikanı səsləndirib. Beləliklə, hazırda 600 milyon qurğu “Windows 10” əməliyyat sisteminin idarəetməsi altında işləyir. Bu qiymətləndirməyə noutbuklar, “Xbox One” oyun konsolları, “Surface Hub” qurğuları, hətta “HoloLens” artırılmış reallıq qarniturları daxildir.

Yeni “Google” əlavəsi smartfonda trafikə qənaət etməyə kömək edəcək

30 Noyabr 2017 19:39

“Google” şirkəti vəzifəsi istifadəçilərə mobil rabitə operatorunun internet paketi tarifinə daxil edilən trafikin hara sərf olunması ilə bağlı suala cavab tapmaqda köməyin göstərilməsi olan yeni “Android” əlavəsi təqdim edib. “Datally” adlanan əlavəni “Google Play” mağazasından pulsuz yükləmək mümkündür.

Yeni “3D” çap texnologiyası printerləri 10 dəfə sürətləndirəcək

30 Noyabr 2017 19:32

Dizayner və istehsal sahələrinə təsir göstərən üçölçülü çap sferasında inqilaba baxmayaraq müasir "3D" printerlər texnologiyanın bütün sahələrdə tətbiqinə mane olan aşağı sürətdən ibarət yeganə problemə malikdirlər. Əksər masaüstü "3D" printerlər üçün kiçik obyektin yaradılmasına 1 saata yaxın vaxt tələb olunur. Lakin Massaçusets Texnologiya İnstitutunun (MIT) yaratdığı yeni texnologiya "3D" çap prosesini tam dəyişməklə printerlərə sürəti 10 dəfə artırmağa imkan verə bilər.

“Apple” qurğularında təhlükəli boşluq aşkar edilib

30 Noyabr 2017 19:25

Lemi Orxan Ergin (Lemi Orhan Ergin‏) adlı proqramçı “macOS High Sierra” əməliyyat sistemində boşluq aşkar edib. Bu boşluq vasitəsilə parol daxil etmədən super istifadəçi hüquqlarına yiyələnmək mümkündür.

2023-cü ildə 1 milyard insan 5G texnologiyasından istifadə edəcək

30 Noyabr 2017 19:19

Bu yaxınlarda təqdim edilmiş “Ericsson Mobility Report” hesabatına əsasən, artıq 6 il sonra 1 milyard insan (dünya əhalisinin 20%-i) 5G texnologiyasından istifadə edəcək. “LTE” şəbəkəsinin əhatə dairəsi isə 85%-ə yaxınlaşacaq.

“Facebook”a daxil olmaq üçün “selfie” tələb oluna bilər

30 Noyabr 2017 19:12

“Facebook” sosial şəbəkəsi tezliklə ənənəvi fotoşəkil kodunun daxil edilməsini istifadəçinin “selfie” üzrə identifikasiyası ilə əvəzləyə bilər. Bəzən “Facebook”a daxil olan zaman sosial şəbəkə istifadəçinin üzünün dəqiq göründüyü fotoşəkili tələb edir. Tanınma sistemi identifikasiya uğurla başa çatandan sonra fotonun silinəcəyini bildirir.

Qlobal kompüter qurğuları bazarının həcmi hər il 2% azalacaq

30 Noyabr 2017 19:05

“IDC” analitik şirkətinin proqnozuna görə, 2017-ci ildə ənənəvi fərdi kompüterlər (masaüstü sistemlər, noutbuklar və işçi stansiyalar) və planşetlər (klassik və hibrid form-faktor) daxil olmaqla FK qurğularının qlobal tədarük həcmi 2,7% azalaraq 423,3 milyon təşkil edəcək.

Sabunlar dəriyə necə təsir edir?

30 Noyabr 2017 19:00

Üzünüzü sabunla yuyarkən dərinin təmizləndiyini və sızanaqların quruyacağını düşünürsünüzsə, yanılırsınız. Sabun dəridəki bütün yağları aparır. Halbuki, dərinin təbii sebum yağına ehtiyacı var. Sebum yağı dərini qoruyur və gözəl görüntü yaradır. Sabunladıqdan sonra dəri tez quruyursa, PH balansına uyğun olmadığı mənasına gəlir. Aşırı yağlı sabunlar məsamələri bağlayır və nəfəs almasına mane olur. Qara nöqtə və ləkələrin yaranmasına gətirib çıxarır.