Robert Sekuta “Səfir saatı”nda mühazirə oxudu

 Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla “Səfir saatı” layihəsi çərçivəsində mühazirə ilə çıxış etmək məqsədi ilə universitetdə qonaq olan ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta ilə görüşüb. Olaylar.az bildirir ki, K.Abdulla R.Sekutaya ADU-nun dəvətini qəbul edərək “Səfir saatı”nda mühazirə oxumağa razılıq verdiyi üçün təşəkkür edib: “Ümid edirəm ki, bu görüş həm tələbələr üçün çox faydalı, həm də sizin üçün çox maraqlı olacaq”.

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla "Səfir saatı" layihəsi çərçivəsində mühazirə ilə çıxış etmək məqsədi ilə universitetdə qonaq olan ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta ilə görüşüb.

Olaylar.az bildirir ki, K.Abdulla R.Sekutaya ADU-nun dəvətini qəbul edərək "Səfir saatı"nda mühazirə oxumağa razılıq verdiyi üçün təşəkkür edib: "Ümid edirəm ki, bu görüş həm tələbələr üçün çox faydalı, həm də sizin üçün çox maraqlı olacaq".

ADU-dakı Amerika Mərkəzinin fəaliyyətindən danışan K.Abdulla universitetdə ingilis dilinin tədrisi ilə bağlı məsələlərə də toxunub. Onun sözlərinə görə, təkcə ingilis dili ixtisası üzrə təhsil alan tələbələrin deyil, digər ixtisaslarda oxuyanların da ingilis dili biliklərini möhkəmləndirmək üçün addımlar atılır.

Öz növbəsində səfir R.Sekuta da Amerika Mərkəzinin fəaliyyətinə toxunub. O, ingilis dilinin tədrisini diqqətdə saxlanılan mühüm məsələ kimi xarakterizə edib. Diplomatın sözlərinə görə, səfirlik müəllimlərə ingilis dilini daha səmərəli tədris etmək üçün yeni resurslar vermək istəyir: "Bizim Azərbaycan tərəfinin də təkliflərinə ehtiyacımız var. Əsas məqsəd odur ki, azərbaycanlılara ingilis dilini öyrənməkdə kömək edək".

Görüşdən sonra səfir ADU-nun Beynəlxalq münasibətlər və idarəetmə fakültəsində təhsil alan tələbələr və müəllim heyətinə ABŞ-la Azərbaycan arasındakı qarşılıqlı əlaqələr haqqında mühazirə deyib.

Səfir R.Sekuta mühazirəsində Azərbaycanın ilk dəfə müstəqilliyini 1918-ci ildə əldə etdiyini və Xalq Cümhuriyyəti adlanan bu dövlətin qadınlara səsvermə hüququ verən ilk respublika olduğunu diqqətə çatdırıb. Səfir müstəqilliyinin ilk günlərindən ABŞ-ın hər zaman Azərbaycanın yanında olduğunu və daim ölkəmizi dəstəkləyəcəyini vurğulayıb. Səfir R.Sekuta ölkələrimizin diplomatik əlaqələrinin qurulmasının tarixindən danışıb. O, bildirib ki, Azərbaycanla ABŞ arasında münasibətlər daha da yaxşılaşır və tərəflər müstəqil, çiçəklənən və demokratik Azərbaycanın daha böyük nailiyyətləri üçün müxtəlif istiqamətlərdə birgə çalışır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31