İranda səhərə yaxın dəhşətli ZƏLZƏLƏ

İranın cənub-şərq hissəsində 6,3 bal gücündə zəlzələ olub. Yeraltı təkanlar Bakı vaxtı ilə 06.32-də Kerman şəhərindən 65 km şimal-şərqdə qeydə alınıb. Zəlzələnin ocağı 13 km dərinlikdə olub. Dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur.

İranın cənub-şərq hissəsində 6,3 bal gücündə zəlzələ olub. Yeraltı təkanlar Bakı vaxtı ilə 06.32-də Kerman şəhərindən 65 km şimal-şərqdə qeydə alınıb. Zəlzələnin ocağı 13 km dərinlikdə olub.

Dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur.

Xatırladaq ki, noyabrın ortalarında İranın İraqla həmsərhəd Kermanşah əyalətində 7,2 bal gücündə zəlzələ olub. Nəticədə 505 nəfər ölüb, 12 mindən çox insan xəsarət alıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31