Məşhur rejissora 22 illik həbs
Bir ailənin üç üzvünü avtomobili ilə vurub öldürən türkiyəli rejissor Emrah Serbesin istintaq prosesi başa çatıb. Məhkəmə şüurlu şəkildə birdən çox insanın ölümünə səbəb olmaqda ittiham edilən təqsirləndirilən şəxsin dosyesini hazırlayıb və Ali Məhkəməyə göndərib.
30 Noyabr 2017 18:16 DünyaBir ailənin üç üzvünü avtomobili ilə vurub öldürən türkiyəli rejissor Emrah Serbesin istintaq prosesi başa çatıb.
Məhkəmə şüurlu şəkildə birdən çox insanın ölümünə səbəb olmaqda ittiham edilən təqsirləndirilən şəxsin dosyesini hazırlayıb və Ali Məhkəməyə göndərib. Dosyedə Emrah Serbesə 22,5 il həbs cəzası tələbi qeyd edilib. Qəza zamanı sürücünün yanında olan və istintaqın başlanğıcında maşını özünün sürdüyü iddia edən Kənan Doğruya isə 2 illik həbs cəzası tələb edilib. Publika.az