Amerikalı alimlər: Mürgüləmək beynin qavrama gücünü artırır

Gün ərzində mürgüləmək beynin yeni informasiyanı qəbul etmək imkanlarını artırır. Amerikalı alimlər araşdırma işi üçün 90 nəfər könüllüdən istifadə edib. Dərketmə sınaqlarında bu adamlar bütün gün ərzində ayıq qalanlardan daha yaxşı nəticələr əldə ediblər.

Araşdırma işi göstərir ki, beyinə yaddaşı süzgəcdən keçirmək üçün qısa müddətli vaxt lazımdır ki, öyrənilən yeni faktları qəbul edə bilsin. Təcrübə zamanı sağlam şəxslərə səhər tezdən çətin tapşırıq verilib. Amma müəyyən müddətdən sonra onların yarısı qısa müddətli yatmağa göndərilib. Sınaq təkrar edilərkən mürgüləmiş şəxslərin tapşırığı daha yaxşı yerinə yetirdiyi məlum olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31