Azərbaycanda aqrar sektorun inkişafına xüsusi diqqət yetirilir
“Bu gün Azərbaycanda aqrar sektorun inkişafına xüsusi diqqət yetirilir. Bu sahədə emal müəssisələrinin yaradılması da intensivləşib”. “OLAYLAR” xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən millət vəkili Eldəniz Səlimov deyib ki, kənd təsərrüfatı məhsullarının emalı sahəsində fəaliyyət göstərən istehsalçıların əksəriyyəti kiçik müəssisələr kateqoriyasına daxildir: “Bu baxımdan, son dövrlər yaradılan və müasir texnika və texnologiyalarla təchiz edilən iri müəssisələrin məhsul emalında gücü getdikcə artır”-deyən millət vəkilinin bildirdiyinə görə, son dövrlər həmçinin, ölkəmizdə kənd təsərrüfatında ənənəvi sahələrin bərpası ilə bağlı mühüm işlər görülməkdədir.
30 Noyabr 2017 16:52 Sosial"Bu gün Azərbaycanda aqrar sektorun inkişafına xüsusi diqqət yetirilir. Bu sahədə emal müəssisələrinin yaradılması da intensivləşib". "OLAYLAR" xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən millət vəkili Eldəniz Səlimov deyib ki, kənd təsərrüfatı məhsullarının emalı sahəsində fəaliyyət göstərən istehsalçıların əksəriyyəti kiçik müəssisələr kateqoriyasına daxildir: "Bu baxımdan, son dövrlər yaradılan və müasir texnika və texnologiyalarla təchiz edilən iri müəssisələrin məhsul emalında gücü getdikcə artır"-deyən millət vəkilinin bildirdiyinə görə, son dövrlər həmçinin, ölkəmizdə kənd təsərrüfatında ənənəvi sahələrin bərpası ilə bağlı mühüm işlər görülməkdədir. Belə ki, pambıqçılıq, baramaçılıq, tütünçülük, üzümçülük, çayçılıq və digər sahələr yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu yöndə mühüm tədbirlər görülməkdədir. Təbii ki, bu məhsulların istehsalının artımı emal sənayesinin inkişafına yeni təkan verəcək. Bu amil həmçinin, ölkəmizdə qeyri-neft sektorunun inkişafında vacib göstəricidir. Ona görə belə hesab edirəm ki, kənd təsərrüfatının inkişafı istiqmətində yeni addımın atılması-baramaçılıqla bağlı Dövlət Proqramının ortaya qoyulması kənd təsərrüfatı işçilərinin, ölkə vətəndaşlarının ürəyincədir. Bu, bütövlükdə inkişafımıza yönələn bir addımdır və hər kəs də bunu məhz bu cür dəyərləndirir".