Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası ilə Rusiya İctimai Palatasının birgə iclası keçirilib

Moskvada Rusiya Federasiyasının İctimai Palatası ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının birgə iclası keçirilib. Məlumata görə, iclasda Şuranın sədri Azay Quliyev, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiya İctimai Palatasının katibinin müavini Sergey Orconikidze və Palatanın digər üzvləri iştirak ediblər.

A. Quliyev çıxışında iki ölkənin ictimai sektoru arasında münasibətlərinin səviyyəsindən danışıb: "Bu gün ölkələrimiz arasında əlaqələr yüksək səviyyədədir. Prezidentlər, hökumət və parlamentlər arasında əlaqələr ən yüksək səviyyədədir. Lakin ictimai sektorda eyni trend müşahidə olunmur. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasını ilə Rusiya İctimai Palatası arasında əməkdaşlıq bizi qane etmir".  

Səfir Polad Bülbüloğlu çıxışında Rusiya İctimai Palatasının iki ölkənin ictimai əlaqələrinin genişlənməsinə mühüm əhəmiyyət verməsindən çox şad olduğunu bildirib: "Təəssüf ki, dünyada, elə ölkələrimizin daxilində Azərbaycan-Rusiya münasibətlərini pozmağa can atan qüvvələr var. Siyasi, iqtisadi və digər sahələrdə Azərbaycan və Rusiya arasında bəzən fikir ayrılığı olsa da, ictimai qüvvələr arasında əlaqələr davam edir. Hazırda Rusiya regionda dominant ölkədir və bir çox sahələrdə mühüm məsələlərin həlli ondan asılıdır".

Dağlıq Qarabağ münaqişəsindən danışan P. Bülbüloğlu Azərbaycan ərazi bütövlüyü məsələsinin heç zaman müzakirə mövzusu olmadığını qeyd edib.  Azərbaycan ərazilərinin işğal altında olduğunu, Azərbaycan vətəndaşlarının öz torpaqlarında köçkünə çevrildiyini diqqətə çatdıran diplomat, bu məsələnin Azərbaycan xalqı üçün olduqca əhəmiyyətli olduğunu söyləyib.

İclasın yekununda Rusiya Federasiyasının İctimai Palatası ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası iki qurum arasında əməkdaşlıq və işbirliyi haqqında Memorandum layihəsi üzərində işin davam etdirilməsi və dörd birgə işçi qrupun yaradılması qərara alınıb. Bu işçi qruplar əsasən gənclər və tələbələrin fəaliyyətini əhatə edən, təhsil-elm və mədəniyyət sahəsində əməkdaşlıq sahəsində yaradılan insan hüquqlarının qorunması, miqrasiya məsələləri və ictimai nəzarət, birgə tədbirlərin və mübadilə proqramlarının təşkili üzrə işçi qruplarıdır. Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31