Ukraynada məhkəmə zalında PARTLAYIŞ: ölən və yaralananlar var

Ukraynada məhkəmə zalında partlayış olub. Hadisə Nikopol şəhərində baş verib. İki nəfərin avtomobildə güllələnməsi işi üzrə dinləmələr zamanı ölən şəxslərdən birinin atası hakim məhkəmə iclasının növbəti dəfə təxirə salınması haqqında qərarını açıqlayandan sonra iki qumbaranı işə salıb. Həmin şəxs hadisə yerində ölüb. Daha 9 nəfər yaralanıb. Yaralananlar arasında üç müttəhim, iki konvoy və məhkəmə əməkdaşı var.  Faktla bağlı cinayət işi qaldırılıb. 

Ukraynada məhkəmə zalında partlayış olub. Hadisə Nikopol şəhərində baş verib.
İki nəfərin avtomobildə güllələnməsi işi üzrə dinləmələr zamanı ölən şəxslərdən birinin atası hakim məhkəmə iclasının növbəti dəfə təxirə salınması haqqında qərarını açıqlayandan sonra iki qumbaranı işə salıb. Həmin şəxs hadisə yerində ölüb. Daha 9 nəfər yaralanıb. Yaralananlar arasında üç müttəhim, iki konvoy və məhkəmə əməkdaşı var.  Faktla bağlı cinayət işi qaldırılıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31