Ordu dağılır: Sərkisyan iki generalı istefaya göndərdi

Ermənistan müdafiə naziri iki generalı vəzifəsindən azad edib.  Bu barədə informasiyanı Ermənistan mətbuatı yayıb. Mətbuat istefaya göndərilənlərin Baş qərargah rəisinin müavini, general-leytenant Aykaz Baqramyan və general-leytenant Stepan Qalstyan olduğunu bildirib.

Ermənistan müdafiə naziri iki generalı vəzifəsindən azad edib.  Bu barədə informasiyanı Ermənistan mətbuatı yayıb. Mətbuat istefaya göndərilənlərin Baş qərargah rəisinin müavini, general-leytenant Aykaz Baqramyan və general-leytenant Stepan Qalstyan olduğunu bildirib. İstefaya göndərilən generalların Baş qərargah rəisi Movses Akopyanla münasibətlərinin pis olduğu vurğulanıb: "Lakin Akopyan generalların işdən qovulması üçün yetərli səlahiyyətə malik olmayıb. Müdafiə naziri Vigen Sərkisyan da generallara qarşı pis münasibət bəsləyib. O bu generalları məhz özünə yaramadığına görə istefaya göndərib". Axar.az "Armiya.az" saytına istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31