Ermənistanın Avropaya uzanan əlləri kəsilir

Ermənistanın Şərq Tərəfdaşlığı təşəbbüsü çərçivəsində Avropa İttifaqı ilə tərəfdaşlıq razılaşmasını imzalaması “ağa”sı tərəfindən hiddətlə qarşılanıb. Belə ki, Rusiyanın məsələyə münasibəti o qədər sərt olub ki, hətta himayədarı olduğu ölkəni və onun dövlət başçısını təhqir etməkdən çəkinməyib. Rusiyanın NTV telekanalının “Görüş yeri” (“Mesta vstreçi”) proqramında Ermənistanın Şərq Tərəfdaşlığı təşəbbüsü çərçivəsində Avropa İttifaqı ilə tərəfdaşlıq razılaşması imzalaması müzakirəyə çıxarılıb.

Çünki Azərbaycan Avripa İttifaqı üçün daha vacib tərəfdaşdır

Ermənistanın Şərq Tərəfdaşlığı təşəbbüsü çərçivəsində Avropa İttifaqı ilə tərəfdaşlıq razılaşmasını imzalaması "ağa"sı tərəfindən hiddətlə qarşılanıb. Belə ki, Rusiyanın məsələyə münasibəti o qədər sərt olub ki, hətta himayədarı olduğu ölkəni və onun dövlət başçısını təhqir etməkdən çəkinməyib. Rusiyanın NTV telekanalının "Görüş yeri" ("Mesta vstreçi") proqramında Ermənistanın Şərq Tərəfdaşlığı təşəbbüsü çərçivəsində Avropa İttifaqı ilə tərəfdaşlıq razılaşması imzalaması müzakirəyə çıxarılıb. Proqramda noyabrın 24-də imzalanan bu razılaşma "ümumerməni miqyasında tarixi hadisə" adlandırılıb. Deyilib ki, Ermənistan bununla guya müstəqil olduğunu göstərmək istəyib. Əslində isə Ermənistan Avropa İttifaqı ilə əməkdaşlığa Rusiyanın nəzarəti altında gedib. Hansı ki, həmin ərəfədə intensiv erməni-rus təmasları bunu təsdiqləyir. Proqrama dəvət olunan ekspertlər isə Ermənistan barədə sərt fikirlər səsləndiriblər. Məsələn, politoloq Oleq Barabanov bildirib ki, Ermənistan Avropaya gərək deyil. "Burada məsələ sadədir-Avropa İttifaqında yaranmış çata Rusiya tərəfindən paz çalınması. Burada məsələ Avropaya deyil, Ermənistana aiddir. Ermənistan 2013-cü ildə Avrasiya İttifaqı və Avropa İttifaqı arasında seçim edə bilərdi. O vaxt Ermənistan Avrasiya İttifaqını seçdi, indi isə o azad deyil, bu ittifaqın üzvüdür. Bizdə Gömrük İttifaqı çərçivəsində sərhədlər yoxdur və Ermənistan troya atına çevrilib". Siyasi araşdırmalar İnstitutunun direktoru Sergey Markov isə deyib ki, razılaşmanın imzalanması Ermənistanın Rusiya ilə münasibətlərinin korlanması deməkdir. "İrəvanda Rusiyaya qarşı iradlar var ki, pulu az verir. Bizdə Njde məsələsi ilə bağlı münaqişə də var, o, Hitlerin tərəfdaşıdır. Ermənistanda isə onu qəhrəman elan edib heykəl qoyurlar. Njde nasist cinayətkarıdır". Proqramın aparıcısı Olqa Belova isə bir az da irəli gedərək Ermənistanın ünvanına tikanlı atmaca atıb. Onun sözlərinə görə, Ermənistan gəzəyən gənc qızdır, əri olsa da özünə gənc sevgili tapıb. Göründüyü kimi Rusiyanın qəzəbi hətta geniş ictimai kütləsinin izlədiyi telekanl vasitəsilə açıq-aşkar nümayiş olunur. Buna baxmayaraq, Ermənistan Brüsseldə V Şərq Tərəfdaşlığı Zirvə Toplantısının Birgə Bəyannaməni və Avropa İttifaqı ilə tərəfdaşlıq razılaşmanı diplomatik qələbə kimi qələmə verməyə çalışır. Bəs, əslində nə baş verir, Ermənistan sözügedən razılaşmalardan hansı üstünlüyü əldə etmiş olur? Tarix üzrə fəlsəfə doktoru Vüqar Seyidov hesab edir ki, Şərq Tərəfdaşlığı Zirvə Toplantısının Birgə Bəyannamənisinin ikinci bəndində Avropa İttifaqının həmin proqram üzrə bütün tərəfdaşlarının ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini dəstəkləməsinin xüsusi qeyd edildiyini, amma millətlərin öz müqəddəratını təyin etməsi hüququ barədə bir kəlmə də danışılmadığını nəzərə alaraq, əminlik hissi ilə demək olar ki, erməni diplomatiyası növbəti dəfə məğlubiyyətə uğrayıb. Tərəfdaş dövlətlərin ərazi bütövlüyü, suverenliyi və müstəqilliyi prinsiplərinin hər hansı barəsində danışılmayan digər prinsip üzərində aliliyi yenidən təsdiq edilib: "Əlbəttə, ermənilər Avropa İnsan Haqları Məhkəməsinin "Doğu Perinçek İsveçrə əleyhinə" iddiası üzrə qəti qərarının ertəsi günü, yaxud 2016-cı ilin aprelində məhvedici hərbi nokautdan sonra etdikləri kimi, indi də Yerevanda "qələbə" münasibətilə rəqs edib şənlənə bilərlər, amma fakt faktlığında qalır: Bəyannamədə Ermənistanın öz uğurlarından saya biləcəyi bir kəlmə də yoxdur. Ermənilər öz məğlubiyyətini özünəməxsus tərzdə növbəti qələbə kimi təqdim etməyə, yaxud sadəcə məğlubiyyətin acısını mənasız bəhanələrlə yumşaltmağa cəhd göstərməsəydilər, erməni olmazdılar. Bax elə bu gün də sosial şəbəkələrdə məşhur olan bir qrafoman yazır ki, Azərbaycanın Avropa İttifaqı tərəfindən dəstəklənməsində ermənilər üçün təhlükəli heç nə yoxdur, çünki Azərbaycanın o ərazisinin bütövlüyü nəzərdə tutulur ki, həmin ərazi "Arsaxın öz müqəddəratını təyin etməsi hüququnu qanuni şəkildə reallaşdırdıqdan sonra" bu dövlətin nəzarətində qalıb. Yəni, həmin "ekspertin" Avropa İttifaqının mövqeyi ilə bağlı traktovkasına görə, Brüssel Azərbaycanın bütövlüyünü yalnız nəzarət edilməyən (yəni işğal edilmiş) ərazilər olmadan tanıyır". Onun bildirdiyinə görə, ermənilər həmişə zəngin fantaziya ilə seçiliblər, xüsusən də ağlasığmaz fikirləri tanınmış adamların ayağına yazanda və ya Puşkinin bu və ya digər sətrinin, yaxud digər tanınmış insanların bəyanatlarının mənasının orijinal şəkildə şərh edilməsindədə eyni mövqeni nümayiş etdiriblər. İndi bütün dünyaya izah etməyə başlayıblar ki, Avropa İttifaqı bu və ya digər bəyanatı verəndə nəyi nəzərdə tutur və bu ifadələr necə başa düşülməlidir: "Yeri gəlmişkən, təkcə ermənilər deyil, onların bu günə qədər Azərbaycanı BMT qətnamələrini "yerinə yetirməməkdə" ittiham edən vəkilləri də eyni xislətdədirlər. Məsələn, Vladimir Kazimirov. O, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin mənasının orijinal traktovkasını icad edib və bu da Ermənistanın rəsmi dairələrindəki "ağıl dəryaları" tərəfindən dərhal yayılıb. Gəlin istər ermənilərin özlərinin, istərsə də onların ehtiyatda olan vəkillərinin keçmiş səfehliklərinin təhlilinə indi baş qoşmayaq. Erməni istifadəçisinin bugünkü şərhinin mahiyyəti özünün məntiqsizliyi ilə şok yaradır. Şərhə görə, Azərbaycanın ərazi bütövlüyü Avropa İttifaqı "nöqteyi-nəzərindən" Bakının hesablamaları ilə müqayisədə 20 faiz aşağıdır. Ermənilərin başqa insanların yerinə söz uydurmağa və öz səfehliklərini başqalarının beyninə yeritməyə qeyri-sağlam meyili başqa bir müəmmanı izah etməkdə onlara çətin ki, kömək etsin: belə olan halda, nə üçün həmin proqram üzrə Aİ tərəfdaşları arasında 4-cü subyekt yoxdur? Bu subyekt o dərəcədə "qanuni şəkildə" öz müqəddəratını təyin edib və Azərbaycandan ayrılıb ki, Avropa İttifaqı ilə Bakının Azərbaycan ərazisi ilə bağlı hesablamaları arasında 20 faiz fərqin yaranması sonuncunun öz ölçüsünü "səhv" başa düşməsi ilə izah edilməlidir? Həqiqətən, həmin istifadəçinin məntiqi üzrə mühakimə yürütsək, onda Azərbaycan ərazisinin bu 20 faizi haraya gedib? Bakı həmin ərazini hələ də özünə "aid etməyə" çalışır, Avropa İttifaqı isə öz tərəfdaşının ərazi bütövlüyünü dəstəklədiyini bəyan edəndə, həmin ərazini "hesaba almır". Əgər bütün Cənubi Qafqaz Brüsseldədirsə və o, dörd dövlətin şəxsində deyil, üç dövlətin şəxsində təmsil olunursa, həmin 20 faiz haraya gedib? Əlbəttə, erməni ekspertlərlə mübahisə etmək özünə hörmət etməmək və öz vaxtını qiymətləndirməmək deməkdir. Erməni bloqerin fikirləri başdan-ayağa cəfəngiyatdır və o, bu fikirləri orada qəbul edilmiş Bəyannamənin müəlliflərinə aid etdikdə, xüsusilə gülməlidir. Tərəfdaş dövlətlərin ərazisi dedikdə, yalnız və yalnız hazırda işğal altında olan və nəzarət edilməyən ərazilərlə birlikdə kvadratkilometrlərin ümumi miqdarı nəzərdə tutulur. Bu ərazinin bütövlüyü qəbul edilmiş sənəddə Avropa İttifaqı tərəfindən qeyd-şərtsiz dəstəklənib. Doğrudur, həmin sənəddə birtərəfli separatizm və bir dövlət tərəfindən digər dövlətin ərazisinin işğal edilməsinin heç adı da çəkilmir, lakin tərəfdaş dövlətlərin ərazi bütövlüyünə aid 2-ci bənddə danışıqsız dəstəkləmə faktının özü və həmin dövlətlər sırasında müxtəlif "arsax"ların olmaması belə separatizmlərin legitimləşməsinə heç bir şans vermir. Məsələyə sağlam məntiqlə yanaşdıqda, qəbul edilmiş Bəyannaməni yalnız bu cür başa düşmək olar və biz də bütün həmvətənlərimizi bu münasibətlə təbrik edirik". Siyasi ekspertlər hesab edirlər ki, Avropa İttifaqının Şərq Tərəfdaşlığı sammiti çərçivəsində baş tutan Zirvə görüşünün yekun sənədində Azərbaycanın ərazi bütövlüyünə müsbət münasibətin ortaya qoyulmasını əhəmiyyətli və təqdirəlayiq haldır. Xüsusən, Prezident İlham Əiyevin Avropa İttifaqı ilə apardığı danışıqlar, yürütdüyü siyasət və bütövlükdə Azərbaycanın Avropa İttifaqı ilə apardığı siyasət nəticəsini verdi. Bu qurum ölkəmizin ərazi bütövlüyünə müsbət münasibətini sərgilədi. Bu da olduqca vacib məqamlardan biridir. Yəni, qəbul edilən yekun sənəd Azərbaycanın maraqlarına uyğundur və beynəlxalq hüquq normalarına söykənən bir sənəddir. Nəzərə almaq lazımdır ki, Avropa İttifaqı ilə tərəfdaşlıq Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Avropa İttifaqı isə təbii ki, regionda söz sahibi olan ölkə ilə əməkdaşlıqda maraqlıdır, nəinki işğalçı dövlətlə. Bu isə o deməkdir ki, bütün hallarda Avropa İttifaqı üçün Azərbaycan Ermənistandan daha vacib tərəfdaşdır.


Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31