Tütün istehlakının məhdudlaşdırılması haqqında Qanun siqaret çəkənlərin sayını azaldacaqmı?

Son illər cəmiyyətdə müşahidə edilən mənfi tendensiyalardan biri də tütün istifadəçilərinin sayının artmasıdır. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, hər bir cəmiyyətlərdə olduğu kimi Azərbaycanda da bu xoşagəlməz halda artım dinamikası özünü göstərməkdədir. Vəziyyət o dərəcədə acınacaqlı hal alıb ki, orta ümumtəhsil müəssisələrinin yaxınlığında belə siqaret və digər tütün məmulatlarının satışı, eyni zamanda reklamı həyata keçirilir.

Son illər cəmiyyətdə müşahidə edilən mənfi tendensiyalardan biri də tütün istifadəçilərinin sayının artmasıdır. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, hər bir cəmiyyətlərdə olduğu kimi Azərbaycanda da bu xoşagəlməz halda artım dinamikası özünü göstərməkdədir. Vəziyyət o dərəcədə acınacaqlı hal alıb ki, orta ümumtəhsil müəssisələrinin yaxınlığında belə siqaret və digər tütün məmulatlarının satışı, eyni zamanda reklamı həyata keçirilir. Bu isə öz-özlüyündə məktəb yaşlı uşaqların siqaret aludəçisinə çevrilməsinə şərait yaradır. Açıq şəkildə etiraf etmək lazımdır ki, günümüzdə paytaxt məktəblərinin həyətində belə siqaret çəkən məktəblilərə rast gəlmək mümkündür. Eyni zamanda çayxana və kafelərdə qəlyan qəbul edən məktəblilər də vardır. Bir çox gənclər məhz valideyndən xəbərsiz halda bu kimi yerlərdə siqaret və qəlyanın istifadəçisinə çevrilirlər. Müvafiq qurumlar, vətəndaş cəmiyyəti nümayəndələri və gənclər təşkilatları siqaretin insane orqanizmi üçün zərərləri ilə bağlı davamlı maarifləndirmə tədbirləri həyata keçirməsinə baxmayaraq, bu bəlanı aradan qaldırmaq hələ ki, qeyri-mümkün olaraq qalır. Ən dəhşətlisi isə odur ki, bəzi hallarda qadın və qızların da siqaret, qəlyan qəbul etdiyinin şahidinə çevrilirik. Əgər bir neçə on il əvvəl bu mənfi halı bizlər yalnız televiziya kanallarından xarici filmlərdə müşahidə edirdiksə, günümüzdə paytaxtın küçələrində, kafe və barlarda kifayət qədər siqaret, qəlyan çəkən qadın və qızlara rast gəlmək mümkündür. Mövcud vəziyyətin getdikcə daha təhlükəli hal alması isə artıq adminstrativ tədbirlərin görülməsini zərurətə çevirib. Və məlum olduğu kimi Azərbaycan Parlamentində "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb. Öncəlliklə onu qeyd etmək lazımdır ki, sözügedən sahədə qanun layihəsinin hazırlanıb müzakirəyə çıxarılması hələ bir neçə il əvvəl gündəmə gəlsə də, lakin o zaman tütün istehsalçıları, ölkəyə siqaret idxal edən bəzi şirkət və firmaların, müəssisələrin kəskin etirazı, bir sıra hallarda isə təsir imkanları belə bir qanun layihəsinin müzakirəyə çıxarılmasına əngəl olurdu. Secindirici hal ondan ibarətdir ki, artıq bu kimi maneələr tam zərərsizləşdirilib və genefondumuzu məhv edən bu mənfi hala qarşı adminstrativ tədbirlərin həyata keçirilməsi mümkün olub. Məlumat üçün qeyd edək ki, "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun layihəsi dekbar ayının 1-də son oxunuş üçün Milli Məclisdə müzakirə ediləcək. Qanun qəbul edildikdən sonra bir çox ictimai yerlərdə, nümunə üçün, restoranlarda, kafelərdə, (açıq məkanlar və xüsusi ayrılmış qapalı yerlər istisna olmaqla), yerüstü qapalı, yeraltı piyada keçidlərində,metropoliten stansiyalarında avtobus dayanacaqlarında, tütün çəkilməsi qadağan edilir. Bəs görəsən, sözügedən qanunun qəbul edilməsi bu sahədə mövcud olan mənfi tendensiyanı nə dərəcədə dəyişəcək? Ümumiyyətlə, qanunun qəbulu ilə hər şey həl olunacaqmı? Millət vəkili Cüsal Hüseynov hesab edir ki, qanunla tütün çəkilməsinə icazə verilməyən yerlərdə hər kəsin yaxşı görə biləcəyi lövhələrdə "tütün çəkmək qadağandır" yazısı və işarəsi yerləşdirilməlidir. Millət vəkili deyib ki, qadağan edilən bu yerlərdə tütün çəkilməsi inzibati məsuliyyətə səbəb olacaqdır: "Qanun əsasən kütləvi informasiya vasitələrində (televiziya və radio) tütün məmulatlarının istifadəsinin zərərlərinə dair ayda 90 dəqiqədən az olmayaraq maarifləndirici verilişlər məcburi yayımlanmalıdır. Qanun həmçinin, yetkinlik yaşına çatmayanlara tütün məhsullarının satışını, satış məqsədi olmadan verilməsini və tütündən istifadə edilməsi prosesinə cəlb edilməsini qadağan edir. Satıcı tütün məhsullarını alanın yetkinlik yaşna çatmadığına şübhə etdikdə ondan yetkinlik yaşına çatdığını sübut edən sənədi göstərməsini tələb edə biləcək. Əgər alıcı bu sənədi təqdim etmirsə onda satıcı tütün məhsullarını ona satmaqdan imtina edir. Məlumat üçün qeyd edək ki, Avropa İttifaqına üzv dövlətlərdə bü təcrübə tətbiq edilir. 28 Avropa İttifaqı dövlətindən 17-ində tütünün ictimai yerlərdə çəkilməsini ətraflı tənzimləyən qanunvericilik aktları mövcuddur. Ümumdünya Səhiyyə Təşkilatının araşdırmaları göstərir ki, ictiami yerlərdə tütün istifadəsinin qadağan edilməsi ilə ölkədə tütün istehlakının azalması ilə düz mütənasibdir, yəni qadağa azalmaya birbaşa səbəb olur. Ümid edək ki, bu Qanunun qəbul edilməsi ölkəmizdə tütün istehlaını əhəmiyyətli azaldacaq və əhalinin sağlamlığına müsbət təsir edəcəkdir". Vüsal Hüseynov qeyd edib ki, bütün növ qəlyanlar və elektron siqaretlər də bu Qanunun təsir dairəsinə düşür və eyni qaydada qadağan edilir. Vüsal Hüseynov Azərbaycanda tütün istifadəçilərinin statistikası barədə də məlumat verib. Bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2017-ci ildə nəşr edilmiş hesabatına görə Azərbaycanda 15 yaşdan yuxarı kişilərin, ümumilikdə, 43.5 faizi tütün istifadə edir: "Siqarət çəkənlər isə müvafiq olaraq 34.2 faizdir. Gündəlik tütün istehlak edən kişilərin sayı isə 33.2 faizdir. Bunun 27.3 faizini siqaret istifadəçiləri təşkil edir. 15 yaşından yuxarı qadınlar üçün isə bu rəqəm müvafiq olaraq 0.3 və 0.2 faiz göstərilib. Ümumilikdə 15 yaşdan yuxarı Azərbaycan əhalisinin 21.3 faizinin (gündəlik 16.3%) tütün istifadə etməsi göstərilir". Millət vəkili deyib ki, hesabatda gənclərlə bağlı vəziyyət ayrıca qeyd edilir: "Gənc dedikdə 13-15 yaş arası əhali nəzərdə tutulur. Hesabata əsasən gənc kişilərin 11.6 faiz, qadınların isə 2.3 faizi tütün çəkir. Böyüklərə münasibətdə müqayisəli baxsaq gənc qadınlarla bağlı vəziyyətin fərqli olmasını görərik. Belə ki, nəticə Azərbaycanda 13-15 yaş arası qadınların böyüklərə nisbətən tütün istehlakına daha meylli olmasını göstərir. Hesabata görə Azərbaycanda ümumilikdə 13-15 yaş arası insanların 7.3 faizi (gündəlik 1 faizi) tütün çəkir. Bu rəqəmlər ilkin olaraq böyük görsənsə də, ancaq təşkilatın qonşu dövlətlər üzrə olan rəqəmlərinə müqayisəli baxdıqda nisbətən ölkəmizdə (21.3%) vəziyyətin daha yaxşı olması görünür. Belə ki, 15 yaşdan yuxarı tütün istifadə edənlərin ümumi faizi Türkiyədə 27.7 faiz, Gürcüstanda 28.8 faiz, Rusiyada isə 39.5 faizdir. Tütün istehlakının məhdudlaşdırılması haqqında Qanunun qəbulunun bu rəqəmlərə də əhəmiyyətli təsir edəcəyinə ümid edirik".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31