Pakistan da Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə edə bilər
Bakıda Azərbaycan, Türkiyə və Pakistanın xarici işlər nazirləri arasında çox intensiv məsləhətləşmələr keçirilib.“Olaylar” xəbər verir ki, bunu xarici işlər naziri Elmar Məmmədyarov bu gün Bakıda Azərbaycan, Türkiyə və Pakistan XİN rəhbərlərinin ilk üçtərəfli görüşünün yekunu üzrə keçirilən mətbuat konfransında deyib ki, üçtərəfli görüş bizim münasibətlərimizdə daha bir mərhələdir:”Biz əmtəə dövriyyəsini artırmaq barədə razılığa gəldik.
30 Noyabr 2017 14:26 SiyasətBakıda Azərbaycan, Türkiyə və Pakistanın xarici işlər nazirləri arasında çox intensiv məsləhətləşmələr keçirilib."Olaylar" xəbər verir ki, bunu xarici işlər naziri Elmar Məmmədyarov bu gün Bakıda Azərbaycan, Türkiyə və Pakistan XİN rəhbərlərinin ilk üçtərəfli görüşünün yekunu üzrə keçirilən mətbuat konfransında deyib ki, üçtərəfli görüş bizim münasibətlərimizdə daha bir mərhələdir:"Biz əmtəə dövriyyəsini artırmaq barədə razılığa gəldik. Biz bir-birimizi beynəlxalq təşkilatlarda dəstəkləyirik". E.Məmmədyarovun sözlərinə görə, görüşdə razılıq əldə olundu ki, Pakistan da Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə edə bilər: "Biz müdafiə sahəsində əməkdaşlığı da intensivləşdirmək niyyətindəyik".