Ermənistan nümayəndə heyəti QDİƏT PA-nın iclasını tərk etdi

Ermənistan nümayəndə heyəti Kiyevdə keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Assambleyasının iclasını tərk edib. Məlumata görə, onlar iclas zamanı Ukrayna nümayəndə heyətinin bəyannaməyə təklif etdiyi “Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələrinin ərazi bütövlüyünün bərpasına kömək göstərmək” barədə düzəlişə etiraz edərək iclası tərk ediblər.

Ermənistan nümayəndə heyəti Kiyevdə keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Assambleyasının iclasını tərk edib. Məlumata görə, onlar iclas zamanı Ukrayna nümayəndə heyətinin bəyannaməyə təklif etdiyi "Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələrinin ərazi bütövlüyünün bərpasına kömək göstərmək" barədə düzəlişə etiraz edərək iclası tərk ediblər.

Qeyd olunur ki, digər nümayəndə heyətlərinin iştirak etdiyi müzakirələrə Ermənistan nümayəndə heyəti dəvət edilməyib. Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31