Çindən 1 milyon ədəd tut tingləri gətirilib
2017-ci il 29 noyabr tarixində Çin Xalq Respublikasından 1 milyon ədəd tut tingləri hava nəqliyyatı vasitəsi ilə respubli kamıza gətirilib. Kənd Təsərrüfatı Nazirliyindən “Olaylar”a verilən mlumata görə, tut tinglərindən ibarət yüklərin Heydər Əliyev adına Hava Limanından Kənd Təsərrüfatı Nazirliyi tərəfindən hazırlanmış bölgü əsasında, ayrılmış nəqliyyat vasitələri ilə operativ surətdə Lənkəran, Tovuz, Şəki, Bərdə və Ucar rayonlarına yola salınmış və sonradan bölgüyə uyğun olaraq bu rayonlardan ətraf 38 rayona paylanılacaq.
30 Noyabr 2017 13:47 İqtisadiyyat2017-ci il 29 noyabr tarixində Çin Xalq Respublikasından 1 milyon ədəd tut tingləri hava nəqliyyatı vasitəsi ilə respublikamıza gətirilib. Kənd Təsərrüfatı Nazirliyindən "Olaylar"a verilən mlumata görə, tut tinglərindən ibarət yüklərin Heydər Əliyev adına Hava Limanından Kənd Təsərrüfatı Nazirliyi tərəfindən hazırlanmış bölgü əsasında, ayrılmış nəqliyyat vasitələri ilə operativ surətdə Lənkəran, Tovuz, Şəki, Bərdə və Ucar rayonlarına yola salınmış və sonradan bölgüyə uyğun olaraq bu rayonlardan ətraf 38 rayona paylanılacaq. Yeni çəkil bağlarının salınmasında və əkilmiş tinglərə aqroteniki qulluq işlərinin həyata keçirilməsində yerli bağbanlara metodiki köməklik göstərilməsi məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri tərəfindən müvafiq video tövsiyələr, bukletlər, yaddaş vərəqələri və digər maarifləndirici materiallar hazırlanmış və Çin şirkətinin mütəxəssisləri respublikaya dəvət ediliblər. Eyni zamanda Kənd Təsərrüfatı Nazirliyinin və Çin şirkətinin mütəxəssisləri birlikdə fermer və sahibkarlara metodiki tövsiyələr verəcəklər. Qeyd edək ki, gətirilən çəkil tingləri beynəlxalq standartlara cavab verən, 2 illik calaq olunmuş, həm daşınmasını asanlaşdırmaq, həm də sükunət dövrünü başa vurmaq məqsədilə kök boğazından 50 sm olmaqla kəsilib hazırlanmış və fermer və sahibkarlara ödənişsiz əsaslarla veriləcək. Gətirilmiş tinglər fitosanitar baxışdan keçirilmiş və artıq rayonlarda əkininə başlanılıb.