Elmar Məmmədyarov Vyanada Nalbandyanla görüşəcək

“Dekabrın 6-da həm həmsədrlərlə, həm də Errmənistan xarici işlər naziri ilə görüşəcəyəm”. “Olaylar” xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar MəmmədyarovBakıda türkiyəli və pakistanlı həmkarları ilə keçirilən görüşdən sonra deyib.

"Dekabrın 6-da həm həmsədrlərlə, həm də Errmənistan xarici işlər naziri ilə görüşəcəyəm". "Olaylar" xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar MəmmədyarovBakıda türkiyəli və pakistanlı həmkarları ilə keçirilən görüşdən sonra deyib. Nazir bildirib ki, Azərbaycan bu görüşə razılıq verib: "Biz həmişə deyirik ki, məntiqli və substantiv danışıqlar olmalıdır. Moskva görüşündə həmsədrlərlə dərin və ətraflı müzakirə apardıq. Həmsədrlər yəqin bu istiqamətdə danışıqları davam etdirəcək". Xatırladaq ki, görüşün ATƏT xarici işlər nazirləri şurasının Vyanada keçiriləcək toplantısı səviyyəsində keçirilməsi gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31