İnsanlıq əleyhinə cinayətlərə aid yeni kitab nəşr olunub

Bu günlərdə hüquq üzrə fəlsəfə doktoru, Bakı Avrasiya Universitetinin dosenti Əlövsət Allahverdiyevin “Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər” kitabı nəşr olunub.  Azərbaycan hüquq ədəbiyyatında ilk dəfə olaraq insanlıq əleyhinə cinayətlərin mahiyyəti, xüsusiyyətləri, tərkib elementləri və növləri ətraflı şərh edilir. Müəllifin fikrincə, bu günə qədər Azərbaycan hüquq ədəbiyyatında insanlıq əleyhinə cinayətlər tam tədqiq olunmayıb, sadəcə müəyyən elmi əsərlərdə onun növləri ilə bağlı məsələlərə toxunulub. Halbuki, indiki şəraitdə insanlıq əleyhinə cinayətlərin daha geniş formada tədqiq olunaraq cəmiyyətə təqdim olunması çox zəruridir, hətta buna böyük bir tələbat var. 

Bu günlərdə hüquq üzrə fəlsəfə doktoru, Bakı Avrasiya Universitetinin dosenti Əlövsət Allahverdiyevin "Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər" kitabı nəşr olunub.  Azərbaycan hüquq ədəbiyyatında ilk dəfə olaraq insanlıq əleyhinə cinayətlərin mahiyyəti, xüsusiyyətləri, tərkib elementləri və növləri ətraflı şərh edilir. Müəllifin fikrincə, bu günə qədər Azərbaycan hüquq ədəbiyyatında insanlıq əleyhinə cinayətlər tam tədqiq olunmayıb, sadəcə müəyyən elmi əsərlərdə onun növləri ilə bağlı məsələlərə toxunulub. Halbuki, indiki şəraitdə insanlıq əleyhinə cinayətlərin daha geniş formada tədqiq olunaraq cəmiyyətə təqdim olunması çox zəruridir, hətta buna böyük bir tələbat var. 

Kitabda müharibə cinayətləri və genosid cinayətinin insanlıq əleyhinə cinayətlərdən fərqli xüsusiyyətləri təhlil olunub, genosid və müharibə cinayətlərinin insanlıq əleyhinə cinayətlər olmadığı xüsusilə qeyd edilib. Hər üç cinayət beynəlxalq cinayətlərin müstəqil tərkibə malik olan növləridir. Bu cinayətlərin mahiyyətini izah etmək məqsədilə, beynəlxalq cinayət tribunallarının və müxtəlif dövlətlərin milli məhkəmələrinin təcrübələrinə istinad olunmuş və onların hökmlərindən konkret misallar göstərilib.  

Müəllif daha sonra Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş beynəlxalq cinayətləri araşdırıb və növlərinə görə onları təsnif etmiş, cinayətkarların cəzalandırılması ilə bağlı təkliflər verib. Bununla yanaşı, 1990-cı ildə yanvar ayının 20-də Bakı şəhərində baş vermiş qanlı hadisə, Xocalı soyqırımı, azərbaycanlıların deportasiyası kimi məsələləri beynəlxalq hüquqi aspektdən təhlil edib. 

Kitabda əlavə olaraq Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutu tam şəkildə verilmiş və tələbə və müəllimlərin, praktiki fəaliyyət göstərən hüquqşünasların istifadəsi üçün nəzərdə tutulduğu qeyd olunub. 

Ümumilikdə tədqiqat işi ali məktəb tələbələri, hüquqşünaslar, beynəlxalq və cinayət hüququ elmi sahələrində çalışan mütəxəssislər, hüquq mühafizə orqanlarının əməkdaşları, hərbi tədris müəssisələrində təhsil alan hərbi qulluqçular, habelə praktiki fəaliyyət göstərən mütəxəssislər üçün nəzərdə tutulub. Cebhe.info

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31