Gündəm
Rusiyanın RT telekanalı Konqresdən çıxarıldı
Rusiynın Russia Today (RT) telekanalının ABŞ Konqersindəki müxbirlərinin akkreditasiyası ləğv olunub. Bunu ABŞ Konqresi nəzdindəki Radio və Televiziya Müxbirlərinin İcraiyyə Komitəsinin sədri Kreyq Keplen deyib.
Putin Sarkisyanın onu satmasına niyə göz yumdu? – ŞOK SƏBƏBLƏR
Ermənistan Rusiyanın iradəsinin əksinə gedərək, Avropa İttifaqı ilə saziş imzaladı. Halbuki, Rusiyanın yaratdığı Avrasiya İqtisadi İttifaqına üzv ölkənin əks cəbhə ilə anlaşması suallar yaradır. Xüsusilə Rusiyanın buna niyə göz yumduğu maraqlıdır.
Arvadına görə qardaşını komaya saldı
Tovuz rayonunda 49 yaşlı kişi qardaşı tərəfindən döyülüb. Məlumata görə, hadisə rayonun Alakol kəndində baş verib. Kənd sakini, 1968-ci il təvəllüdlü Əliyev Rizvan Cavad oğlu qardaşı tərəfindən döyülüb. R.Əliyev zərbələrin təsirindən komaya düşüb. O, təcili yardımla komatoz vəziyyətdə Tovuz rayon Mərkəzi Xəstəxanasına göndərilib.
Bakıda mebel sexi yanıb
Bakıda yanğın qeydə alınıb. “Olaylar” Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 255 m2 olan mebel sexinin yanar konstruksiyaları və içərsində olan əşyalar yanıb. Sexə bitişik digər sexlər yanğından mühafizə olunub.Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Sumqayıtda güclü yanğın-14 sakin təxliyə edilib
Sumqayıtda güclü yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, şəhərində ümumi sahəsi 110 m2 olan 4 otaqlı mənzilin 1 otağının döşəməsi 6 m2 sahədə və divar kağızı 4 m2 sahədə yanıb. Hadisə zamanı yanğınsöndürənlər tərəfindən 14 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bakıda "İslam Həmrəyliyinin güclənməsində medianın rolu" adlı konfrans keçirilir
Bakıda "İslam Həmrəyliyinin güclənməsində medianın rolu" adlı konfrans keçirilir. “Olaylar”ın görə, konfrans Azərbaycanda İslam Həmrəyliyi ili münasibətilə İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyası və Beynəlxalq Avrasiya Mətbuat Fondunun birgə təşkilatçılığı ilə keçirilir. Tədbirdə Prezident Administrasiyasının əməkdaşı, deputatlar, media kapitanları, səfirlər və digərləri iştirak edirlər.
Yasamal Yaşayış Kompleksi ərazisində nəqliyyat vasitələrinin rahat hərəkəti təşkil ediləcək
Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi birgə layihəsini təqdim edib. İki qurum arasında səmərəli əməkdaşlıq nəticəsində Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layihəsi olan Yasamal Yaşayış Kompleksi ərazisində nəqliyyat vasitələrinin və piyadaların rahat hərəkətinin təşkili üzrə işlərin həyata keçirilməsinə başlanılıb.
Ən yaxşı tabor komandirləri adı uğrunda yarışlar keçirilib
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2017-ci ilin döyüş hazırlığı planına əsasən poliqonlarda və təlim mərkəzlərində müxtəlif ixtisaslar üzrə tabor, divizion və onlara bərabər tutulan bölmələrin ən yaxşı komandirlərinin müəyyən edilməsi məqsədilə müsabiqələr keçirilir. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, yarışlar çərçivəsində Müdafiə Nazirliyi Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsi tərfindən “Qaraheybət” Təlim Mərkəzində “Ən yaxşı motoatıcı tabor komandiri” adı uğrunda müsabiqə təşkil olunub.
Elmar Məmmədyarovla Mövlüd Çavuşoğlu nədən danışıblar?
Azərbaycan, Pakistan, Türkiyə xarici işlər nazirlərinin Birinci Üçtərəfli Görüşü çərçivəsində Elmar Məmmədyarov Türkiyəli həmkarı Mövlüd Çavuşoğlu ilə görüşüb. XİN-nin Mətbuat xidmətindən bildirilib ki, görüşdə iki qardaş dövlət arasında əməkdaşlığın bütün sahələrdə və müxtəlif formatlarda yüksək səviyyəli inkişafından, siyasi əlaqələrin strateji müttəfiqlik səviyyəsindən məmnunluq ifadə edilib.
Daha bir ölkə evtanaziyanı qanuniləşdirdi
Avstraliya ölümcül xəstəliyə yoluxan insanların tibbi yollarla könüllü olaraq öldürülməsini (Evtanaziya) qanuniləşdirib. Avstraliyanın Viktoriya bölgəsi ölkədə evtanaziyanı qanuniləşdirən ilk əyalət olub. Əyalətin baş naziri Daniel Endryus evtanaziyanı dəstəkləməyə keçən il atasını itirəndən sonra başlayıb. O, evtanaziyanın qanuniləşdirilməsi gününü şəfqət, islahat, ölümcül xəstələrə öz həyatlarına nəzarət etmək şansı verilən gün kimi dəyərləndirib. Əyalətin səhiyyə naziri isə tvitter hesabından “Zəfər! Şəfqətli bir əyalətik” sözlərini paylaşıb.
“Qatar”, “Dəşti” və “Mirzə Hüseyn segahı” Muğam Mərkəzində səsləndirildi
Beynəlxalq Muğam Mərkəzinin reallaşdırdığı “Muğam axşamları” layihəsi çərçivəsində “Qatar”, “Dəşti” və “Mirzə Hüseyn segahı” səsləndirilib. Konsertdə respublikanın tanınmış xanəndələri Xalq Çalğı Alətləri Ansamblının müşayiəti ilə muğamın müxtəlif şöbələrini ifa etməklə yanaşı, bəstəkar mahnıları və təsniflərə də müraciət ediblər.
Mikayıl Mirzənin 70 illik yubileyi qeyd olundu
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında bədii qiraət ustası, tanınmış aktyor, Xalq Artisti Mikayıl Mirzənin 70 illiyinə həsr edilmiş tədbir keçirilib. Tədbir Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkil olunan gecədə tədbirin aparıcısı, akademik Rəfael Hüseynov çıxış edərək sənətkarın ömür yolundan danışıb, onunla bağlı xatirələrini bölüşüb.
Moskvada boru partladı, 8 nəfəri qaynar su yandırdı
Moskvada istilik sistemində qəza 5 nəfəri xəstəxanalıq edib. Bu barədə paytaxt fövqəladə xidməti xəbər yayıb. Məlumata görə, qaynar su borusunun partlaması nəticəsində ümumilikdə 8 nəfər müxtəlif yanıq xəsarətləri alıblar.
Banqladeş də AES-ə sahib olacaq - Rusiyanın köməkliyi ilə
Bu gün Banqladeşdə ilk Atom Elektrik Stansiyasının (AES) beton təməli qoyulub. Məlumata görə, "Ruppur" AES-in ilk beton təməli 1 saylı enerji bloku üçün qoyulub. AES Banqladeşin Pabna mahalında inşa edilir. Stansiyanın inşası Rusiyanın köməyi ilə aparılacaq.
3 saylı İstintaq Təcridxanasına yeni rəis təyin olunub
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına yeni rəis təyin olunub. Məlumata görə, 17 saylı cəzaçəkmə müəssisəsinin rəisi Cəlil Əliyev 3 saylı İstintaq Təcridxanasına rəis təyin edilib. 17 saylı cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsinə isə hələlik təyinat olmayıb.














