Banqladeş də AES-ə sahib olacaq - Rusiyanın köməkliyi ilə
Bu gün Banqladeşdə ilk Atom Elektrik Stansiyasının (AES) beton təməli qoyulub. Məlumata görə, "Ruppur" AES-in ilk beton təməli 1 saylı enerji bloku üçün qoyulub. AES Banqladeşin Pabna mahalında inşa edilir. Stansiyanın inşası Rusiyanın köməyi ilə aparılacaq.
30 Noyabr 2017 12:04 DünyaBu gün Banqladeşdə ilk Atom Elektrik Stansiyasının (AES) beton təməli qoyulub. Məlumata görə, "Ruppur" AES-in ilk beton təməli 1 saylı enerji bloku üçün qoyulub. AES Banqladeşin Pabna mahalında inşa edilir. Stansiyanın inşası Rusiyanın köməyi ilə aparılacaq. Təməlqoyma mərasimində Banqladeşin baş naziri Şeyd Xasina Vazed, "Rosatom" korporasiyasının baş direktoru Aleksey Lixaçyev və digər mötəbər şəxslər iştirak ediblər. "Ruppur" AES-in açılışı 2023-cü ilə planlaşdırılıb. Trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31