Daha bir ölkə evtanaziyanı qanuniləşdirdi
Avstraliya ölümcül xəstəliyə yoluxan insanların tibbi yollarla könüllü olaraq öldürülməsini (Evtanaziya) qanuniləşdirib. Avstraliyanın Viktoriya bölgəsi ölkədə evtanaziyanı qanuniləşdirən ilk əyalət olub. Əyalətin baş naziri Daniel Endryus evtanaziyanı dəstəkləməyə keçən il atasını itirəndən sonra başlayıb. O, evtanaziyanın qanuniləşdirilməsi gününü şəfqət, islahat, ölümcül xəstələrə öz həyatlarına nəzarət etmək şansı verilən gün kimi dəyərləndirib. Əyalətin səhiyyə naziri isə tvitter hesabından “Zəfər! Şəfqətli bir əyalətik” sözlərini paylaşıb.
30 Noyabr 2017 12:17 DünyaAvstraliya ölümcül xəstəliyə yoluxan insanların tibbi yollarla könüllü olaraq öldürülməsini (Evtanaziya) qanuniləşdirib. Avstraliyanın Viktoriya bölgəsi ölkədə evtanaziyanı qanuniləşdirən ilk əyalət olub. Əyalətin baş naziri Daniel Endryus evtanaziyanı dəstəkləməyə keçən il atasını itirəndən sonra başlayıb. O, evtanaziyanın qanuniləşdirilməsi gününü şəfqət, islahat, ölümcül xəstələrə öz həyatlarına nəzarət etmək şansı verilən gün kimi dəyərləndirib. Əyalətin səhiyyə naziri isə twitter hesabından "Zəfər! Şəfqətli bir əyalətik" sözlərini paylaşıb.
Qeyd edək ki, könüllü ölüm dünyada Belçika, Hollandiya, Lüksemburq kimi ölkələrdə qanuniləşdirilib. Hollandiya və Belçikada 12 yaşdan böyük hər bir insan bu qanundan istifadə hüququna malikdir. ABŞ-da isə Vaşinqton, Oreqon və Montana ştatlarında könüllü ölüm tətbiq edilir. Publika.az