Bakıda "İslam Həmrəyliyinin güclənməsində medianın rolu" adlı konfrans keçirilir
Bakıda "İslam Həmrəyliyinin güclənməsində medianın rolu" adlı konfrans keçirilir. “Olaylar”ın görə, konfrans Azərbaycanda İslam Həmrəyliyi ili münasibətilə İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyası və Beynəlxalq Avrasiya Mətbuat Fondunun birgə təşkilatçılığı ilə keçirilir. Tədbirdə Prezident Administrasiyasının əməkdaşı, deputatlar, media kapitanları, səfirlər və digərləri iştirak edirlər.
30 Noyabr 2017 12:26 SosialBakıda "İslam Həmrəyliyinin güclənməsində medianın rolu" adlı konfrans keçirilir. "Olaylar"ın görə, konfrans Azərbaycanda İslam Həmrəyliyi ili münasibətilə İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyası və Beynəlxalq Avrasiya Mətbuat Fondunun birgə təşkilatçılığı ilə keçirilir. Tədbirdə Prezident Administrasiyasının əməkdaşı, deputatlar, media kapitanları, səfirlər və digərləri iştirak edirlər. Konfransda ilk çıxış edən İslam Əməkdaşlıq Təşkilatınıa üzv Dövlətlərinin Jurnalistləri Assosiasiyasının sədri Fazil Güney bildirib ki, Azərbaycanda İslam Həmrəyliyi ili çərçivəsində müxtəlif tədbirlər həyata keçirilir: " Bu tədbirlərdən ən möhtəşəmi IV İslam Həmrəylik Oyunlarının keçirilməsi olub. Bu günkü tədbirdə Misirin media nümayəndələri də iştirak etdi. Onları xüsusi salamlayıram. Azərbaycanda İslam Həmrəylik İlinin elan olunması tarixi hadisədir. Çünki müsəlman ölkələrində tarixən məzhəblər arxasında müəyyən mübarizələr aparılıb. Bir çox hallarda bu mübahisələr qanlı hadisələrlə nəticələnib. Müsəlmanlara düşmən kimi baxanlar öz məqsədləri üçün istifadə edib və gün də istifadə edirlər. Bu baxımdan Azərbaycan Prezidentinin təşəbbüsü ilə bu ilin İslam Həmrəylik İli elan edilməsi çox mühüm və əhəmiyyətlidir".