Rusiyanın RT telekanalı Konqresdən çıxarıldı
Rusiynın Russia Today (RT) telekanalının ABŞ Konqersindəki müxbirlərinin akkreditasiyası ləğv olunub. Bunu ABŞ Konqresi nəzdindəki Radio və Televiziya Müxbirlərinin İcraiyyə Komitəsinin sədri Kreyq Keplen deyib.
30 Noyabr 2017 12:36 DünyaRusiynın Russia Today (RT) telekanalının ABŞ Konqersindəki müxbirlərinin akkreditasiyası ləğv olunub. Bunu ABŞ Konqresi nəzdindəki Radio və Televiziya Müxbirlərinin İcraiyyə Komitəsinin sədri Kreyq Keplen deyib.
"Komitə RT-nin müxbirlərinin akkreditasiyasının ləğv olunması qərarına yekdilliklə səs verdi. Bu qərarın səbəbi RT-yə ABŞ ərazində xidmət göstərən T&R Productions şirkətinin ölkədə xarici agent kimi qeydiyyata alınmasıdır. ABŞ qanunvericiliyinə görə, xarici agent statusunda qeydiyyatdan keçəndən sonra RT telekanalı ABŞ Konqresində jurnalist akkreditasiyasından məhrum olub", - Keplen söyləyib. Milli.az Reuters-ə istinadən xəbər verir.