Elmar Məmmədyarovla Mövlüd Çavuşoğlu nədən danışıblar?
Azərbaycan, Pakistan, Türkiyə xarici işlər nazirlərinin Birinci Üçtərəfli Görüşü çərçivəsində Elmar Məmmədyarov Türkiyəli həmkarı Mövlüd Çavuşoğlu ilə görüşüb. XİN-nin Mətbuat xidmətindən bildirilib ki, görüşdə iki qardaş dövlət arasında əməkdaşlığın bütün sahələrdə və müxtəlif formatlarda yüksək səviyyəli inkişafından, siyasi əlaqələrin strateji müttəfiqlik səviyyəsindən məmnunluq ifadə edilib.
30 Noyabr 2017 12:20 SiyasətAzərbaycan, Pakistan, Türkiyə xarici işlər nazirlərinin Birinci Üçtərəfli Görüşü çərçivəsində Elmar Məmmədyarov Türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşüb. XİN-nin Mətbuat xidmətindən bildirilib ki, görüşdə iki qardaş dövlət arasında əməkdaşlığın bütün sahələrdə və müxtəlif formatlarda yüksək səviyyəli inkişafından, siyasi əlaqələrin strateji müttəfiqlik səviyyəsindən məmnunluq ifadə edilib. Nazirlər dövlət başçılarının qarşılıqlı səfərlərini, o cümlədən Azərbaycan Prezidenti İlham Əliyevin cari ilin 20 oktyabr tarixində İstanbulda D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının IX Zirvə görüşündə xüsusi qonaq qismində iştirakını və bunun ardınca Türkiyə Prezidenti Rəcəb Tayyub Ərdoğanın Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimində iştirak etmək üçün Bakıya səfərini xüsusi vurğulayıblar. Görüşdə hər iki ölkə Prezidentinin iştirakı ilə bu yaxınlarda Bakıda keçirilən Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclasının nəticələri təqdir edilib və gündəlikdə duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər hər iki ölkənin iştirakçısı olduğu Qərb-Şərq nəqliyyat dəhlizinin əhəmiyyətini qeyd edərək, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsinin regionun inkişafına və layihənin imkanlarından istifadə edəcək dövlətlər arasında əməkdaşlığın, insanlararası təmasların və ticarət dövriyyəsinin artmasına mühüm töhfə verəcəyinə əminlik ifadə ediblər.Nazirlər hər iki ölkənin iştirakçısı olduğu "Asiyanın Qəlbi" - İstanbul Prosesinin və bu çərçivədə Azərbaycanın ev sahibliyi etdiyi 7-ci nazirlər konfransının əhəmiyyətini qeyd ediblər. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan nazir E.Məmmədyarov, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə zidd olaraq, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğunun bütün region üçün ciddi təhlükə mənbəyi olduğunu bildirib və münaqişənin həlli istiqamətində aparılan son danışıqlar prosesi barədə həmkarına məlumat verib.Nazirlər, həmçinin Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-İran-Türkiyə və Azərbaycan-Türkmənistan-Türkiyə üçtərəfli formatlarının uğurla inkişaf etdiyini qeyd ediblər və Azərbaycan-Türkiyə-Pakistan formatının da ölkələr arasında əməkdaşlığın inkişafını təşviq edəcəyini və mühüm platformaya çevriləcəyinə ümidvar olduğunu bildiriblər. Görüşdə regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.