Rəvan ikinci boşanmasına səbəb olan günahkarı AÇIQLADI

Ötən gün "5/5" verilişinin qonağı olan Rəvan Qarayev uğursuz alınan şəxsi həyatı ilə bağlı maraqlı etiraflar edib. Aparıcı Zaur qonağından mahnıların müğənnilərin həyatlarına nə dərəcədə aid olub-olmadığını soruşub.

Rəvan cavabında "Biz mahnılarda öz həyatımızı oxuyuruq. Mən oxumuşam "Tənhayam", sonra "Kimlər bilir nələr çəkdim", son zamanlar ifa etdiyim "Sənə məktub yazıram" mahnım bu qəbildəndir.

Amma "Bu qış" adlı mahnım elə həyatıma aiddir. Birinci həyat yoldaşımdan da, ikincidən də ayrılmağım qışa təsadüf etdi. Bu nədirsə bilmirəm" sözləri ilə şəxsi həyatındakı o məqamı xüsusi ilə qeyd edib.

Zaur: Ən böyük zərbəni nə vaxt almısan?

- Axırıncı ayrılıqdan sonra.

Günah özündədir?

- Hardasa günah məndədir, elədir. 

Milli.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31