Gündəm

Gimnastlarımız beynəlxalq turnirdən 3 medal qazandı

22 Dekabr 2017 12:03

Bu gün Rusiyanın paytaxtı Moskvada yekunlaşan kişi və qadın idman gimnastikası üzrə Mixail Voronin adına Kubokda təmsilçilərimiz 3 medal əldə ediblər.

XİN: "Rusiya Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sülh üçün gələcəkdə də kömək göstərəcək"

22 Dekabr 2017 12:01

Rusiya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üçün gələcəkdə də vasitəçilik köməyi göstərəcək. Bunu "Moskva-Bakı" portalına 2017-ci ildə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə işlərin yekununu şərh edərkən Rusiya Xarici İşlər Nazirliyinin (XİN) İnformasiya və mətbuat departamentindən bildiriblər.

Azərbaycanlıların Yeni ili daha çox bu ölkədə qeyd etmək istəyirlər

22 Dekabr 2017 12:00

Bu il Yeni il bayramı günlərində xaricə getmək istəyən azərbaycanlı turistlər daha çox Gürcüstanda dincələcəklər. Bunu  Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov deyib.

Düşmən Azərbaycana qarşı kosmik kəşfiyyata cəhd edir

22 Dekabr 2017 11:59

Bu yaxınlara qədər kəşfiyyat vasitələri təmas xətti boyu məftilə düzülmüş boş konserv qutularından ibarət olan düşmən ordusu Azərbaycana qarşı kosmosdan kəşfiyyat aparmaq niyyətinə düşüb. Belə ki, Ermənistan silahlı qüvvələri yaxın gələcəkdə öz kəşfiyyat imkanlarını genişləndirəcək və qonşu ölkələrin ərazisində "komsik çəkilişlərin  köməyi ilə" operativ kəşfiyyat aparacaq.

Kataloniya inad etdi, yenə separatçılığa səs verdi

22 Dekabr 2017 11:57

İspaniyanın Kataloniya bölgəsinin müstəqilliyini tələb edən partiyalar regional parlamentdə tam çoxluğa nail ola bilərlər. Kataloniyada keçirilmiş regional seçkilərdə səslərin 52 faizinin sayılmasından sonrakı rəsmi nəticələr buna dəlalət edir.

Rusiyada məktəbdə şagirdlərə atəş açıldı

22 Dekabr 2017 11:54

Rusiyanın Xabarovsk diyarının Komsomolsk-na-Amure şəhərində məktəblərin birində atışma olub. 10-cu sinif şagirdi məktəb binasının artırmasına çıxaraq pnevmatik tapançadan qazona tərəf atəş açıb. Bir neçə güllə üç nəfər 7-ci sinif şagirdinə tuş gəlib. Onlardan birinin bədənində qançır əmələ gəlib.

Baytar qadından inanılmaz vəhşilik

22 Dekabr 2017 11:53

ABŞ-ın Luisiana ştatında baytar qadın çərşənbə günü heyvanlara qarşı vəhşilik törədilməkdə ittiham olunaraq tutulub. Məlumata görə, o, qonşularından birinin itini başından yaralayaraq ölümcül vəziyyətə salıb. 35 yaşlı Kelly Fols "River Ridge"də yaşayan yan qonşusuna məxsus 15 aylıq  itləri Bruizeri öldürməkdə günahlandırılır.

Deputat: “Güc və şantajla heç də həmişə iş keçirmək olmur”

22 Dekabr 2017 11:51

“Financial Times” qəzeti və "Spigel" dərgisində ölkəmizlə bağlı böhtan xarakterli iki yazının eyni vaxtda dərci və bu cızma-qaralarda eyni klişelərin yer alması onu göstərir ki, onlar eyni mərkəzin sifarişidir. Özü də sifarişçi o qədər həyasızdır ki, bunu gizlətmək belə istəmir”. Məlumata görə, bunu açıqlamasında millət vəkili Sahib Alıyev deyib.

Rusiya Balkanlarda yeni gərginlik dalğası yaradır - Qərbdən XƏBƏRDARLIQ

22 Dekabr 2017 11:48

Rusiya Balkanlarda öz təsirini gücləndirmək üçün Serbiyanı fəal şəkildə silahlandırır. Bu haqda “The Associated Press” agentliyi bildirib.

Evlilik təklifi rədd edilən oğlandan DƏHŞƏTLİ ƏMƏL - FOTOLAR (+18)

22 Dekabr 2017 11:46

26 yaşlı oğlan ona ərə getmək istəməyən qızı əvvəlcə təqib edib, daha sonra isə öldürüb.  Başqırdıstanın paytaxtı Ufa şəhərində dəhşətli hadisə baş verib. 26 yaşlı oğlan uzun illərdir təqib etdiyi 23 yaşlı qıza evlənmə təklif edib. Qız isə ona "yox" cavabını verib. Bundan qəzəblənən oğlan qızı izləyib və ticarət mərkəzlərinin birində qarşısına çıxaraq onu qaçırtmaq istəyib.

40 il qabaq arvadını məktəbdə kişi ilə tutdu, bu il isə...

22 Dekabr 2017 11:44

Yevlaxda qəsdən adam öldürməkdə təqsirli bilinən 1948-ci il təvəllüdlü Azaq Musayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Ölkəyə pirotexniki vasitələr gətirilməsinin qarşısı alınıb

22 Dekabr 2017 11:42

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin “Sınıq Körpü” gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük baxışı keçirilib.

Müsabiqə qalibləri bəlli olub

22 Dekabr 2017 11:41

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəbləri və uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdləri arasında keçirilmiş gənc kimyaçıların yaradıcılıq müsabiqəsinin qalibləri bəlli olub. İdarədən “OLAYLAR”-a bildirilib ki, müsabiqənin final mərhələsinin nəticələrinə əsasən, 35 nömrəli tam orta məktəbin komandası 44 balla I, 160 nömrəli Klassik Gimnaziyanın komandası 39 balla II, 156 nömrəli tam orta məktəbin komandası isə 38 balla III yerə layiq görülüb.

V Azərbaycan-Rusiya Gənclər Forumu keçirilib

22 Dekabr 2017 11:39

Bakıda “Yeni nəsil: sərhədsiz məsuliyyət” mövzusunda V Azərbaycan-Rusiya Gənclər Forumu işə başlayıb. “OLAYLAR”-ın GİN-ə istinadən verdiyi xəbərə görə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Forumun açılış mərasimində iştirak edib. 

Yuyucu tozunun içərisində dərman keçirmək cəhdi baş tutmadı

22 Dekabr 2017 11:38

Gömrükdə yuyucu vasitənin içində "Tramadol" adlı dərman preparatı aşkar edilib. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, Astara Gömrük İdarəsində İrandan ölkəmizə piyada gələn Azərbaycan vətəndaşının əl yükü rentgen qurğusundan keçirilərkən monitorda şübhəli predmetlərin təsviri görünüb.