Gündəm

“Valideynə görə sənətə gələn uşaq yarıyolda qalar” - Mənsum İbrahimov - VİDEO

22 Dekabr 2017 12:43

"ARB Ulduz"un "Şou məkan" proqramının növbəti qonağı xalq artisti Mənsum İbrahimov olub. İranda konsert proqramı ilə çıxış edib vətənə geri qayıdan xalq artisti, səsinin sehri ilə ordakıları da heyran qoymağı bacarıb.

Kataloniyanın müstəqilliyinin tərəfdarları seçkilərdə qələbələrini bayram edir

22 Dekabr 2017 12:38

Kataloniya Milli Assambleyasında təmsil olunan müstəqillik tərəfdarları növbədənkənar parlament seçkilərdəki qələbəni qeyd etməyə başlayıb. İlkin məlumata görə, Kataloniyanın İspaniyanın tərkibindən çıxmasını tələb edən partiyalar bölgə parlamentindəki 135 mandatın 70-ni özləri üçün təmin edə biliblər.

Məşhur müğənni konsertini təxirə saldı

22 Dekabr 2017 12:37

Məşhur türkiyəli müğənni konsertlərini təxirə saldı. Olaylar.az bildirir ki, Hakan Altun güclü soyuqdəymə səbəbi ilə xəstəxanaya yerləşdirilib. Sosial şəbəkə hesabından sevənlərinə bu xəbəri verən müğənni yaxın günlərdə konsert proqramı ilə görüşəcəyini açıqlayıb.

ABŞ dünən BMT-də Qüds qərarının əleyhinə səs verməyən dövlətlərə “təşəkkür ziyafəti” verəcək

22 Dekabr 2017 12:34

ABŞ BMT Baş Assambleyasında Qüdsün İsrailin paytaxtı kimi tanınmamsı haqqında qətnamə layihəsinin əleyhinə səs verən, bitərəf qalan və səsvermədə iştirak etməyən dövlətlərin nümayəndələrinə xüsusi ziyafət verəcək.

7 məktəbli cinsi zorakılığa məruz qaldı

22 Dekabr 2017 12:29

Türkiyənin İzmir şəhərinin Dikili qəsəbəsində yerləşən özəl məktəbin yataxanasında çalışan Ö.F adlı təmizlik işçisi 7 uşağı cinsi istismar edib. Olaylar.az bildirir ki, 39 yaşlı Ö.F- dən bölgədə fəaliyyət göstərən polis bölməsinə şikayət edilib.

Ziya Məmmədovun müşavirinin üç vedrə qızıl işi: Əhmədov intihara cəhd etdi

22 Dekabr 2017 12:27

Ziya Məmmədovun keçmiş müşaviri Çingiz Baxşıyevin şikayəti əsasında bir ildən çox həbsdə qalan, Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 aprel 2017-ci il tarixli hökmü ilə barəat alan və məhkəmə zalından azadlığa buraxılan Rövşən Əhmədov dünən gecə saatlarında intihara cəhd edib.

Qardaş 4 yaşlı bacısını öldürdü - İki övladdan biri qəbrə, biri həbsxanaya... 

22 Dekabr 2017 12:22

Polislər Charity Lee adlı qadına bəd xəbəri verəndə o, ofisdə iş vaxtının bitməsini gözləyirdi. Polislər əvvəlcə ona 4 yaşlı qızının xəsarət aldığını söyləyibər. Təşvişə düşən qadın özünü itirib və 13 yaşlı oğlunun harada olduğunu soruşanda polislər Paris Bennet adlı oğlunun da onların yanında olduğunu deyib.

Aygün Bəylərin toy xəbəri yalan çıxdı: “Gopa basıram, əcəb edirəm”

22 Dekabr 2017 12:21

ARB TV-nin "Səhər-səhər” proqramının budəfəki qonağı Əməkdar artist Aygün Bəylər olub. O, ilk olaraq toy xəbərindən danışaraq, bunun yalan olduğunu etiraf edib: "Mən bir açıqlama edəcəm hamınız şoka düşəcəksiz. Onda gərək ARB mənə güclü qonorar versin. Deməli, mənim ayağım Moskvada tutulmuşdu.

Nigar Camal Röyaya sülh ÇAĞIRIŞI etdi: " Nömrəmi bilirsən, zəng et, danışıb görüşək"

22 Dekabr 2017 12:18

"Deyirlər ki, Nigar o vaxt "Eurovision" musiqi yarışmasında qalib oldu, daha vaxtı keçib. Belə çıxır ki, bizim idmançılar gedib xarici ölkələrdə qalib olublar, indi onlar da heç nədir?" deyə Nigar yarızarafat, yarıəsəbi halda söhbətə başlayır. Yəqin ki, müsahibənin hansı mövzuda olacağından xəbərdar idi. Nigar Camal son dəfə ətrafında dolaşan qalmaqallardan danışaraq, bu məsələyə birdəfəlik nöqtə qoydu.

Arvadının başını kəsən ər ölkədən qaçarkən yaxalandı

22 Dekabr 2017 12:14

Dekabrın 20-də Binəqədi qəsəbəsində yaşayan Rasim Çəltikov evində münaqişə zəminində arvadı Arifə Çəltikovanın boğaz nahiyəsinə bıçaqla xəsarət yetirmiş, nəticədə qadın hadisə yerində ölmüşdü. Faktla bağlı cinayət işi başlanmışdı. DİN-in mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə,polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə qətli törətməkdə şübhəli bilinən Rasim Çəltikovun getdiyi istiqamət müəyyən edilib.

DGK: Ölkəyə bir ildə 600 mindən çox partlayıcı gətirilib

22 Dekabr 2017 12:13

Yeni il bayramının gəlməsi ilə əlaqədar pirotexnika məmulatlarının ölkəyə qanunsuz yollarla gətirilməsinin artması səbəbindən təkcə son 1 ayda gömrük orqanları tərəfindən 23 belə fakt aşkar olunub.

İki məhkum dünyasını dəyişib

22 Dekabr 2017 12:12

Bakıda daha iki məhkum xəstəlikdən dünyasını dəyişib. Məlumata görə, vəfat edən məhkumların hər ikisi Penitensiar Xidmətin Müalicə Müəssisəsində müalicə alırmışlar. Ölən məhkumların 1954-cü il təvəllüdlü Ağarəşid Ağarəşidov və 1967-ci il təvəllüdlü İlham Muradov olduğu bildirilir.

Məhkumlar arasında şahmat yarışı keçirilib

22 Dekabr 2017 12:10

Penitensiar xidmətin Tərbiyə işinin təşkili idarəsi ilə Bakı şəhər Gənclər və idman Baş idarəsinin birgə təşkilatçılığı ilə 11 saylı cəzaçəkmə müəssisəsində məhkumlar arasında şahmat və dama yarışı keçirilib. Penitensiar Xidmətdən “Olaylar”a verilən məlumata görə, cəza çəkənlər tərəfindən maraqla qarşılanmış tədbirin sonunda qalib məhkumlar mükafatlandırılıblar.

Eks-prezidenti həbsxana gözləyir - Partlayışa görə

22 Dekabr 2017 12:08

Argentina məhkəməsi eks-prezident Kristina Fernandes de Kirşnerin vəkillərinin apelyasiya şikayətini təmin etməyib. Məhkəmə eks-prezidentin həbs edilməsi barədə qərarı qüvvədə saxlayıb.

"Ərimlə oteldə nə işin var idi?" - Nazənin Təranəni biabır etdi

22 Dekabr 2017 12:07

Müğənni Nazənin Təranə Qumralın onun övladı haqqında dediyi "cindar" sözünə cavab verib. Nazənin "Bizimləsən" verilişində Təranənin ünvanına sərt sözlər deyib. O bildirib ki, qarşı tərəfi yenidən məhkəməyə verib: "Bu insan nə qədər azğınlaşıb ki, balalarıma keçib. Deyirlər, hüquqi yolla həll olunacaq... Cavab vermirəm, balalarıma söz deyir. Cavab verirəm deyirlər danışır. Şəkillərimiz bir qoyulur, insanlar ağzına gələni yazır. Məhkəmədə uduzub. Davası mənlə deyil. Yoldaşımdan əl çəkməmək üçün hər şey edir. İstəyir ki, uşaqlarım durub nəsə etsin. Hər gün Allahdan səbr istəyirəm. Susmuşam həmişə.