Azərbaycan mühüm tarixi nailiyyətlər qazanıb- ÖZƏL

"Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan mühüm tarixi nailiyyətlər qazanıb". "Olaylar" xəbər verir ki, bunu YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov deyib: "2020-ci ilin 44 günlük Vətən müharibəsində və 2023-cü ildə keçirilən birgünlük lokal xarakterli antiterror tədbirlərində əldə olunan şanlı qələbələr nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpa edilməsi dövlətçilik tariximizin ən mühüm hadisələrindən biridir. Prezident İlham Əliyevin rəhbərliyi ilə regionların inkişaf proqramı uğurla reallaşdırılır, bölgələrin hərtərəfli inkişafını təmin edilir.
 Artıq Yeni Azərbaycan Partiyası ölkəmizin ictimai-siyasi həyatında aparıcı qüvvəyə çevrilib.  YAP Tovuz rayon da öz növbəsində rayonun ictimai-siyasi həyatında fəal iştirak edir və qarşıya qoyulan vəzifələrin icrasına öz töhfəsini verir. Rayon təşkilatı partiyanın ideya və prinsiplərinin təbliği, ərazi partiya təşkilatlarının fəaliyyətinin gücləndirilməsi, partiya üzvləri ilə əlaqələrin genişləndirilməsi, gənclərin və qadınların ictimai-siyasi fəallığının artırılması istiqamətində ardıcıl iş aparıb".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31