Gündəm
Məşhur boksçunun qardaşı həbs olundu
Azərbaycanın məşhur boksçusu Əli İsmayılovun qardaşı Eldar İsmayılov həbs olunub. E.İsmayılov oğurluqda şübhəli bilinir. Məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsi əməkdaşlarının apardığı araşdırmalar nəticəsində əvvəllər məhkum olunmuş Bakı şəhər sakini Eldar İsmayılovun “Audi“ markalı avtomobilin yan güzgülərini oğurladığı müəyyən edilib. E.İsmayılovun ətrafında aparılan tədbirlərlə onun noyabrın 10-dan 20-dək olan müddətdə rayon ərazisində daha 2 “Audi” və 1 “Volkswagen”in yan güzgülərini sökərək oğurlaması da müəyyənləşdirilib.
Naxçıvanda kişilər Damlaya "HÜCUM ETDİ" - Heyrətamiz GÖRÜNTÜLƏR- VİDEO
Müğənni Damla instaqram paylaşımı ilə diqqət çəkib. Naxçıvanda konsert verən ifaçı mahnılarını tamaşaçılarla birgə ifa edib. Müğənni xüsusilə kişi sevənləri tərəfindən maraqla izlənilib. Onlar əllərində telefon səhnənin qarşısında dayanıblar. Müğənnini onlardan 10 mühafizəçi qoruyub.
Barama məktəblilər üçün yeni layihəyə başlayır
Azercell Telekom MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi PAŞA Bankın dəstəyi ilə məktəblilərin inkişafına yönəlik daha bir layihənin icrasına başlayır. Yeni layihə “Azərbaycan Britaniya Kolleci” ilə birlikdə həyata keçiriləcək. 21 dekabr tarixində Azercell və “Azərbaycan Britaniya Kolleci” arasında imzalanan əməkdaşlıq memorandumuna əsasən Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi tərəfindən məktəblilər üçün xüsusi təlim proqramları təşkil olunacaq. “Sahibkarlıq məktəbi”, “İT məktəb” və “İT Media” adlı 3 hissədən ibarət olan proqramda sahibkarlığın əsasları, uğurlu startapların nümunələri və təqdimatlar, proqramlaşdırmanın əsasları kimi təlimlərin aparılması nəzərdə tutulur.
Azərbaycanın İslam Həmrəyliyinə daha bir töhfəsi
Azərbaycan artıq bir neçə ildir ki, beynəlxalq, qlobal əhəmiyyətli təşəbbüslərlə çıxış edən, həmin təşəbbüsləri reallaşdıran, eyni zamanda bu və ya digər təşəbbüsləri reallaşdırmaqla dünyada sülhə, təşhlükəsizliyə, tolerantlığa töhfə verən bir məkana, dövlətə çevrilib. Xüsusi qeyd edilməli məqam ondan ibarətdir ki, rəsmi Bakı tərəfindən irəli sürülən və eyni zamanda reallaşdırılan həmin təşəbbüslər yalnız bir sahəni, məhdud coğrafiyanı əhatə etmir. Azərbaycan elə səmərəli təkliflər irəli sürür və həmin təklifləri reallaşdırır ki, onlar bütöv bir coğrafiyanı, dünya dövlətlərinin hər birini əhatə edir, yayılır. İstər siyasi, istər mədəni və humanitar, istərsə də idman sahəsində həyata keçirilən bu kimi təşəbbüslər və tədbirlər qarşıya qoyulan hədəflərə çatmaq, nail olmaqla yanaşı ölkəmizin beynəlxalq aləmdəki yeri və roluna da öz müsbət təsirini göstərir, onun dünya dövlətləri arasında müsbət imciini formalaşdırır.
Ermənistanda ərzaq məhsulları və məişət malları bahalaşacaq
Ermənistanda yanvarın 1-dən gündəlik ərzaq məhsulları və məişət malları bahalaşacaq. Məlumata görə, buna səbəb kimi Ermənistanın Avrasiya İqtisadi Birliyinə üzvlüyü nəticəsində 800-900 adda məhsulun gömrük dərəcəsinin qalxması göstərilir.
Saakaşvili: “Avropa ölkələrinin vizasına ehtiyacım yoxdur”
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili bildirib ki, nə Hollandiya, nə də digər Avropa ölkəsinin vizasına ehtiyacı yoxdur. Məlumata görə, M.Saakaşvili bunu medianın Hollandiyanın sabiq prezidentə viza verməsi ilə bağlı yazdığı xəbərə cavabında deyib: “Mənim Hollandiya vizasına ehtiyacım yoxdur.
Dünyanın ən uzun şüşə körpüsü açılacaq
Çinin Hebey əyalətində dekabrın 24-də dünyanın ən uzun .şüşə piyada körpüsü açılacaq. Məlumata görə, körpünün uzunluğu 488 metr, eni isə 2 metr təşkil edir. Körpü 218 metr hündürlükdə iki dağın başını birləşdirir.
“Ermənistandakı terrorçu rejim Avropanın təhlükəsizliyi və iqtisadi inkişafı üçün təhdiddir”
2017-ci il ərzində Dağlıq Qarabağ münaqişəsi tək Qafqaz və Avropanın deyil, bütün dünyanın qanayan yarası olub. Bu fikri ABŞ-dan olan siyasi ekspert Piter Teys deyib.
Ərdoğan: “Dünya 5-dən böyükdür, 1-dən isə xeyli böyükdür”
“Suriya və İraqda baş verən proseslər gedərək əhatə altına alınır. ABŞ bizim həssas olduğumuz dəyərlərə hörmətlə yanaşdıqdan sonra onlarla birlikdə əməkdaşlıq etməkdən məmnun olarıq”.
Latviyada Azərbaycan Ticarət Evi qeydiyyata alındı
Dövlət başçısının tapşırığına uyğun olaraq, Azərbaycan məhsullarının ixracının dəstəklənməsi, xarici bazarların araşdırılması, "Made in Azerbaijan" brendinin təşviqi sahəsində həyata keçirilən kompleks dövlət dəstəyi tədbirlərinin davamı olaraq, Latviyanın paytaxtı Riqa şəhərində Azərbaycan Ticarət Evinin təşkili işləri davam etdirilir.
Azərbaycanın beynəlxalq əlaqələri daha da genişlənib
“Müasir dövrdə qloballaşma şəraitində ayrı-ayrı ölkələrin və beynəlxalq münasibətlər sisteminin durumunu xarakterizə edərkən ən çox maliyyə-iqtisadi və siyasi böhran hallarına rast gəlinir. Xüsusilə də ayrı-ayrı regionlarda konfliktlərin, müharibələrin mövcud olması, inkişaf etmiş iqtisadiyyata və siyasi sistemə malik olan ölkələrdə isə sabitliyin öz yerini xaosa verməsi qlobal kataklizmlərin mövcudluğundan xəbər verir”.
Erməni mənşəli kriminallara diplomatik pasport verilir
Ermənistanda pasport və viza rəsmiləşdirilməsi mağazalarda olduğu kimi açıq satışdadır. “OLAYLAR”-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən politoloq Mübariz Əhmədoğlu deyib ki, Aştarak şəhərinin pasport bölməsinin əməkdaşı ABŞ, Gürcüstan, İran və Rusiyadan olan 55 nəfərə biometrik məlumatlı 55 pasport satıb: “Pasportların məbləği barədə heç bir məlumat verilmir.
Məhkəmə qarşısında PARTLAYIŞ
Yunanıstanın paytaxtı Afinada Apelyasiya məhkəməsinin önündə partlayış baş verib. Olaylar.az bildirir ki, partlayışdan öncə naməlum şəxs Yunan mətbuatına zəng edərək bu haqda məlumat verib. Partlayış zamanı ətraf tikililər zərər görsə də, heç kim xəsarət almayıb.
“Prezidentin çıxışından irəli gələn ideya ondan ibarətdir ki, bu sahədə fəaliyyət göstərmək önəmlidir”
“İslam həmrəyliyi gəlişi gözəl ibarə və şüarlarda yox, əməllərdə təşəkkül tapmalıdır. Bu baxımdan Azərbaycan klassik nümunə ortaya qoyur”. Bu fikirləri siyasi şərhçi Tofiq Abbasov Prezident İlham Əliyevin “2017 - İslam Həmrəyliyi ili: dinlərarası və mədəniyyətlərarası dialoq” beynəlxalq konfransında çıxışını şərh edərkən deyib.
Bayram günləri teleradio verilişləri yoxlanılacaq
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə bağlı istirahət günlərində teleradio yayımçıları öz işlərini davam etdirdiyindən Milli Televiziya və Radio Şurası (MTRŞ) həmin tarixlərdə monitorinq aparacaq.














