Nümayəndə heyətimiz  BMT-də bəyənat yayıb- ÖZƏL

BMT-nin Məcburi İtkin düşmələr üzrə Komitəsinin 31-ci sessiyası baş tutub. "Olaylar" xəbər verir ki, bu barədə Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov məlumat verib: "BMT-nin Məcburi İtkin düşmələr üzrə Komitəsinin 31-ci sessiyasındayıq. Komitə üzvləri üçün brifiq keçirdik və qeyri formal görüşdə əsir və girov götürülərək yoxa çıxarlmış hərbiçilərimiz, uşaqlar, qadınlar və ahıl insalar barədə hərtərəfli  məlumatlar verdik. Kütləvi məzar yerləri ilə bağlı  da danışdıq. Ermənistan dövləti öz hesabatında bir kəlmə belə bu barədə yazmamışdı. İndi cənab Paşinyanın srəncamı  ilə yaradılan rəsmi nümayəndə heyəti hesabat verir. XİN müavini Qarabağda itkin düşmüş erməni mənşəli şəxslərdən danışır və açıq duplomatik saxtakarlıq edir. Amma biz işimizi görmüşük. Beynəlxalq Avrasiya Mətbuat Fondunun, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının, İnsan Hüquqları üzrə Təlim və Tədqiqat İctimai Birliyinin və "Qarabağ İtkin Ailələri" İctimai Birliyinin adından hazırldağımız birgə bəyanat səsləndirlib və bütün komitə üzvlərinə paylanıb. BAMF girov götürülən bütün uşaqların siyahısını komitə üzvləri arasıda yayılıb. İndi komitə üzvlərinin çətin suallarından necə yayınacaqlarını izləyəcəyik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31