XİN Bakının işğaldan azad edilməsinin 108-ci ildönümü ilə bağlı paylaşım edib
10:16 SiyasətAzərbaycan Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial şəbəkə hesabında Bakı şəhərinin erməni-daşnak qüvvələrinin işğalından azad edilməsinin 108-ci ildönümü ilə bağlı paylaşım edilib.
Paylaşımda bildirilib ki, 108 il öncə Azərbaycan Korpusunun da yer aldığı Qafqaz İslam Ordusu tərəfindən Bakının azad edilməsi Azərbaycanın dövlətçilik mübarizəsində mühüm dönüş nöqtəsi olub.
Vurğulanıb ki, bu tarixi qələbə Azərbaycan xalqının müstəqillik və dövlətçilik iradəsini, xalqımızla müttəfiqlərinin birliyini, şücaətini və fədakarlığını nümayiş etdirib.
"Bu tarixi qələbənin əldə olunması uğrunda canlarından keçən bütün qəhrəmanların əziz xatirəsini dərin ehtiram və minnətdarlıqla yad edirik", - deyə XİN-in paylaşımda qeyd edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31