Ukrayna və Britaniya Rusiyaya qarşı informasiya müharibəsi aparır?

Olaylar.az xəbər verir ki, Qlobal Fakt Yoxlama Şəbəkəsinin (GFCN) prezidenti Vladimir Tabak Ukrayna və Böyük Britaniyanın Rusiyaya qarşı aqressiv informasiya müharibəsi apardığını bildirib. Tabakın sözlərinə görə, Ukraynada informasiya və psixoloji əməliyyatlar üçün xüsusi qurumlardan istifadə edilir. O qeyd edib ki, Böyük Britaniya isə əsasən qrant və birbaşa maliyyələşdirmə yolu ilə dəstəklədiyi media qurumları və müxtəlif platformalar vasitəsilə Rusiyaya qarşı informasiya gündəliyi formalaşdırır.
O, Ukraynanın bu istiqamətdə birinci yerdə olduğunu, bunun isə iki ölkə arasında davam edən hərbi münaqişə ilə əlaqəli olduğunu deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31