Gündəm
Dövlətçilik əleyhinə fəaliyyət göstərən “istimai-siyasi fəallar”
Artıq bir neçə ildir ki, müxtəlif adlar altında Avropaya mühacirət edərək orada özünü ictimai-siyasifəal kimi təqdim edən “soydaşlarımız”ın ölkəmizi qoca qitədə gözdən salmaq, onun imicinə xələl gətirmək kimi “fəaliyyətlərinə şahidlik edirik. Azərbaycana qarşı sanki düşmənlərimiz qədər qənim kəsilən bu kimi şəxslər elə öz antiAzərbaycan fəaliyyətlərini də demək olar ki, erməni lobbisinin maliyyə dəstəyi ilə reallaşdırırlar. Son vaxtlar isı müşahidə etdiyimiz mənzərə ondan ibarətdir ki, yağışdan sonra çoxalan göbələklər kimi dövlətçilik, millətçilik, milli maraqlar əleyhinə fəaliyyət göstərən “soydaşlarımız”ın sayı xeyli artıb. Hazırda artan bu “hərəkətlilik” isə qarşıdan gələn prezident seçkiləri ilə əılaqədardır. Çünki bir qayda olaraq bu və ya digər seçkilər, xüsusilə də prezident seçkiləri ərəfəsində Azərbaycana qarşı bu kimi hücumların sayı və əhatə dairəsi artır.
Xəzər dənizində zəlzələ olub
Xəzər dənizinin Azərbaycan sektorunda zəlzələ olub. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, bu gün yerli vaxtla saat 03:17:22-də Nardarandan 12 km cənub-şərqdə Xəzər dənizində zəlzələ qeydə alınıb.
Avtomobilin insanların üzərinə sürülməsi nəticəsində 9 əcnəbi vətəndaş yaralanıb
Avstraliyanın Melburn şəhərinin mərkəzində avtomobilin insanların üzərinə sürülməsi nəticəsində xəsarət alanlar arasında 9 əcnəbi vətəndaş da var. Bu barədə Avstraliyanın Viktoriya ştatının polisi məlumat verib. Polisin "Twitter"də yerləşdirdiyi məlumata görə, əcnəbilər Cənubi Koreya, Çin, İtaliya, Hindistan, Venesuela, İrlandiya və Yeni Zelandiya vətəndaşlarıdır. İnsidentlə əlaqədar xəstəxanaya, ümumilikdə, 20 nəfər müraicət edib, onlardan 18-i xəstəxanaya yerləşdirilib və 4-ü artıq evə buraxılıb. Hazırda xəstəxanada olan 14 nəfərdən üçünün vəziyyəti ağırdır.
Aygün Bəylərdən Röya barədə GÖZLƏNİLMƏZ SÖZLƏR: “Röyakimilər...”
Xəbər verdiyimiz kimi, Əməkdar artist Aygün Bəylər “Səhər-səhər” verilişinin qonağı olub. İfaçı gündəmi zəbt edən Röya Ayxan və Nigar Camal qalmaqalına münasibət bildirib. O, Röyanı tənqid edib: Müğənni Elgizin Röyanı tərifləməsinə etiraz edərək bu sözləri deyib: “Hansı sənətdən danışırsan? Məni əsəbiləşdirirsən. Röya hansı sənətlə gəlib? Röyakimilər çoxdur… Elə 80 faizi o gündədir.
Metro cibgirləri saxlandı
Bakı metropolitenində iki vətəndaşın çantasından və cibindən oğurluq etməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıblar. Daxili İşlər Nazirliyindən “Olaylar”a verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən metro stansiyalarında cinayətkarlığa qarşı mübarizə tədbirləri davam etdirilir.
Ağstafada narkotik alverçisi həbs edilib
Ağstafa şəhər sakini Habil Nağıyevin yaşadığı evə baxış zamanı 8 kiloqram 884 qram marixuana aşkar edilib.“Olaylar” xəbər verir ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Ağstafa Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında həyata keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində Ağstafa şəhər sakini, əvvəllər məhkum olunmuş Habil Nağıyevin yaşadığı evə baxış keçirilib.
Qənirə Paşayeva Qaziantepdə Qarabağdan danışıb
Millət vəkili Q.Paşayeva Qaziantep valisi,Türk Ocakları, QHT-lə görüşdə Qarabağdan danışıb və çağırış edib. Konfranslar vermək üçün qardaş Türkiyənin Qaziantep vilayətində səfərdə olan millət vəkili Q.Paşayeva Qaziantep valisi Ali Yerlikaya, tanınmış QHT rəhbərləri, gənclər və qadın təşkilatları görüşüb. “Olaylar” xəbər verir ki, Qaziantep valisi Ali Yerlikaya ilə görüşdə millət vəkili Q.Paşayeva Azərbaycan, Qarabağ problemi, Xocalı soyqırımı həqiqətləri, Azərbaycan-Türkiyə birliyinin güclənməsinin önəmi barədə gənclərə yönəlik konfransların və tədbirlərin artmasının vacibliyini vurğulayıb və bu istiqamətdə təkliflərlə çıxış edib.
Azərbaycanın xarici siyasətinin uğurları davam edir
Bu günlərdə “Avropa Qonşuluq Siyasəti çərçivəsində Avropa İttifaqı – Azərbaycan münasibətlərinə dair hesabat” üzrə Avropa Xarici Fəaliyyət Xidməti və Avropa Komissiyasının Birgə İşçi Sənədi dərc olunub. Sənədlə bağlı Avropa Komissiyasının verdiyi açıqlamada qurumla ölkəmizin münasibətlərinin inkişafı istiqamətindəki müsbət məqamlar, habelə Avropa İttifaqının yüksək vəzifəli rəsmilərinin açıqlamaları öz əksini tapıb.
İdman dərsində şagirdin beli qırıldı, müəllim işdən çıxarıldı - VİDEO
Şagird fiziki tərbiyə dərsi zamanı sinif yoldaşlarının və müəlliminin gözü qarşısında idman edərkən belini qırdığına görə müəllim işdən qovulub. Həmin anlar idman zalının təhlükəsizlik kamerasına düşüb. Videoda mayallaq aşan oğlanın belinin qırılması və sinif yoldaşlarının onun başına yığışması əks olunub. Beli qırılan oğlan xəstəxanaya çatdırılıb. Həkimlər onun onurğa sümüyünün çatladığını deyiblər.
Təhsil Nazirliyindən intihara cəhd edən məktəb direktoru ilə bağlı- AÇIQLAMA
Göyçay şəhərinin 9 saylı orta məktəbin direktorunun intihara cəhd etməsi ilə bağlı araşdırmaları prokurorluq orqanları aparır. Bu barədə Təhsil Nazirliyindən (TN) məlumat verilib. Məlumatda bildirilib ki, araşdırmalar Göyçay Rayon Prokurorluğu tərəfindən aparılır. TN hadisə ilə əlaqədar başqa açıqlama verməyəcəyini də açıqlayıb.
Rasim Balayevin səhhətindən xəbər var
Xalq artisti Rasim Balayevin səhhətində irəliləyiş var. Bu barədə açıqlamasında xalq artisti özü məlumat verib. O bildirib ki, artıq müalicələr nəticəsini göstərməyə başlayıb. Xalq artistinin sözlərinə görə, İsraildən gələn ortoped həkim onun belində olan ağrıları müayinə etdikdən sonra müəyyən tapşırıqlar verib: "Həkim təxminən 10 gün qabaq gəlmişdi. Mənə bəzi hərəkətlər etməyimi və hər gün gəzməyimi tapşırdı. Müalicəm gedir, özümü yaxşı hiss edirəm. Həmin həkim 3-4 aydan bir Bakıya gəlir. Yenidən gəldikdə artıq müayinə üçün mənə xəbər edəcəklər".
Hədə-qorxu ilə pul tələb edən tutulub
Cəlilabad Rayon Polis Şöbəsinə müraciət edən Göytəpə şəhər sakini O.Ağayev cari il noyabr ayının 29-dan dekabr ayının 21-dək olan müddətdə Tural adlı şəxsin ondan hədə-qorxu yolu ilə 200 manat istəməsi barədə məlumat verib.
ISESCO baş direktoru: “Dünyanın super gücləri Qarabağ probleminin həllində maraqlı deyil”
Dünyanın super gücləri Dağlıq Qarabağ probleminin həllində maraqlı deyil. Bunu ISESCO baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri deyib. Onun sözlərinə görə, BMT tərəfindən Dağlıq Qarabağ münaqişəsinə dair 4 qətnamə qəbul edilsə də, heç birinə əməl edilmir: "Qətnamələrdə də qeyd edilib ki, təcavüzkar Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, qeyd-şərtsiz çıxmalıdır".
Dağlıq Qarabağ probleminin siyasi yolla həlli mümkündürmü?
2017-ci il də başa çatmaq üzrədir, lakin 26 ildən bəri davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla həlli mümkün olmayıb. Çox təəssüf ki, müasir gərgin benəlxalq şəraitdə, separatizm və milli münaqişlərəin tüğyan etdiyi bir vaxtda dünyanın güc mərkəzləri sözün əsil mənasında gücsüz qalıblar.
Qar yağacaq, güclü külək əsəcək - XƏBƏRDARLIQ
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraiti ilə bağlı xəbərdarlıq yayıb. Nazirlikdən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 22-si axşamdan 24-ü axşamadək hava şəraitinin küləkli keçəcəyi, şimal-qərb küləyinin əsəcəyi, gündüz saatlarında cənub-qərb küləyi ilə əvəz olunacağı, arabir güclənəcəyi gözlənilir.














