Gündəm
Hikmət Hacıyev: “XİN rəhbərlərinin görüşü ölkələr arasındakı münasibətlərə xüsusi impuls verir”
“Regional əməkdaşlığın üçtərəfli formatı Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biridir. Azərbaycan-İran-Türkiyə formatının inkişafı 2011-ci ildə XİN rəhbərlərinin Urmiya şəhərindəki görüşü ilə başladı”. “Olaylar” xəbər verir ki, bu fikirləri Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Moscow-Baku portalına XİN başçıları - Elmar Məmmədyarov, Mevlüt Çavuşoğlu və Məhəmməd Cavad Zərifin Bakı görüşündən danışarkən deyib.
Türkiyədə pişiklər kəndi salınacaq
Türkiyənin Çanaqqala vilayətində pişiklər üçün kənd salınacaq. Məlumata görə, burada təqribən 200 pişik yaşayacaq. Kəndin ərazisinin 600 kv.m olacağı bildirilir. Burada heyvanlar üçün bunqalo görkəmində evciklər, yemək və su içmək yerləri də yaradılacaq.
2020-ci il Tokio olimpiadasının büdcəsi azaldılıb
2020-ci ildə Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya və Paralimpiya Oyunlarının büdcəsi azaldılıb. Büdcə 35 milyard yen (təxminən 309 milyon dollar) azaldılaraq, 1 trilyon 350 milyard ienə (12 milyard dollardan bir qədər az) endirilib. Tokiodan kənardakı yarışların təşkili üçün nəzərdə tutulan xərclər olimpiya lotereyasından əldən olunacaq vəsaitlə qarşılanacaq.
İşdən çıxarılan ofisiant müdürünü və iş yoldaşlarını öldürüb, intihar etdi
Türkiyənin Antalya şəhərində dəhşətli cinayət törədilib. Antalyanın Konyaaltı mahalındakı restoranda ofisiant işləyən oğlan işdən çıxarıldıqda müdürünü və iki iş yoldaşını öldürüb, sonra da özünə qəsd edib.
Eldar Sultanov: “Göyçayda məktəb direktorunun intihara cəhdinin səbəbləri araşdırılacaq”
Göyçayda məktəb direktorunun intihara cəhd etməsi faktı ilə bağlı cinayət işi başlanıb. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib. Onun sözlərinə görə, faktla bağlı Göyçay rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, hadisənin baş vermə səbəbləri istintaq yolu ilə araşdırılacaq.
Neymarın “Real”a transfer tarixi bəlli oldu
İspaniyanın “Diario Gol” qəzeti uzun müddətdir adı “Real Madrid”lə birgə çəkilən Neymarın transferi barədə daha bir iddia ortaya atıb. “PSJ”nin ən bahalı oyunçusu 2020-ci ildə “Real”a trenasfer ediləcək. Ötən yay “Barselona”dan 222 milyon avroya transfer edilərək tarixin ən bahalı oyunçusu adını alan Neymar hazırki komandasında xoşbəxt olmadığını dəfələrlə vurğulayıb.
42 yaşlı qadın 20-ci uşağını dünyaya gətirib
İsraildə 42 yaşlı qadın 20-ci uşağını dünyaya gətirib. Bu barədə “Jerusalem Post” məlumat yayıb. Bildirilir ki, oğlan uşağı tamamilə sağlamdır. Qadının yalnız iki uşağı əkizdir. Qadının böyük uşaqlarının artıq öz övladları var.
Qvardiola İspaniyada separatçılar siyahısına daxil edilib
"Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola İspaniyada separatçılar siyahısına daxil edilib. O, Kataloniyada referendumun keçirilməsinə kömək etdiyi üçün bu siyahıya düşüb.
“Dünya satılıq deyil” – Venesueladan ABŞ-a sərt sözlər
Venesuelanın BMT-dəki daimi nümayəndəsi Samuel Moncada BMT-nin ümumi qurultayında ABŞ-a meydan oxuyub. BMT-də Qüdslə bağlı səsvermədən əvvəl açıqlama verən S. Moncada Fələstinə sahib çıxdı. Venesuela rəsmisi çıxışında ABŞ-ın sözündən çıxmayan bəzi sözdə müsəlman liderlərinə dərs verib: “Buradan ABŞ hökumətinə səslənirəm. Dünya satılıq deyil. Artıq Birləşmiş Millətlər Təşkilatına təzyiq göstərməkdən əl çək”.
Nazir: "Müəllimlər cəzalandırıldı, direktorlar işdən azad olundu
"Yeni regional idarələr vasitəsi ilə müəyyən monitorinqlər həyata keçirildi. Təəssüf ki, nəticədə bəzi musiqi məktəblərində xoşagəlməz hallar aşkar olunub". Bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin nəzdində fəaliyyət göstərən 34 nömrəli Uşaq Musiqi Məktəbinin binasının əsaslı təmirdən sonra açılış mərasimində deyib.
"Forbes": "Azərbaycan biznes üçün 70-ci ən yaxşı ölkədir"
Azərbaycan "Forbes" jurnalı tərəfindən tərtib olunan "Biznes üçün ən yaxşı ölkələr - 2018" adlı reytinqdə 70-ci yeri tutub. 2017-ci il üçün tərtib olunmuş reytinqdə Azərbaycan 64-cü yeri tutub.
Prezident Şimali Qafqaz respublikalarından olan bir qrup müsəlman din xadimlərini qəbul edib
Prezident İlham Əliyev dekabrın 22-də Rusiya Federasiyasının Şimali Qafqaz respublikalarından olan bir qrup müsəlman din xadimindən ibarət nümayəndə heyətini qəbul edib.
Məktəbli uşaqlar itkin düşdülər - Cəlilabadda
Cəlilabad rayonunda iki məktəbli itkin düşüb. Cəlilabad şəhərindəki Zərifə Əliyeva adına 7 saylı tam orta məktəbin 9-cu sinif şagirdləri Xalid Əliyev həmyaşıdı İsmayıl Əmənovla birgə dünən dərsə getmək adı ilə evdən çıxıb, geri qayıtmayıblar.
Bakı-Tbilisi-Qars vasitəsilə yükdaşımalara start verildi - CƏDVƏL
"ADY Express" şirkəti yeni istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə yükdaşımalara başlayıb. Məlumata görə, artıq Azərbaycanla Türkiyə arasında yükdaşımalara dair tariflər müəyyən edilib. Yük sahibləri və yükgöndərənlər həmin qiymətlərlə tanış olub sifarişlərini edə bilərlər:
“Qəbələ"nin futbolçusu Türkiyə klubuna transfer edilir
Türkiyənin "Samsunspor" klubu "Qəbələ"də icarə əsasında çıxış edən Famussa Koneni transfer etmək niyyətdindədir. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Məlumata görə, F.Konenin adı baş məşqçi Engin İpekoğlunun klub rəhbərliyinə təqdim etdiyi transfer siyahısında yer alıb. Klubun yaxın günlərdə F.Konenin menecerinə təklif göndərəcəyi iddia edilir.














