Gündəm

Əcnəbi vətəndaşların özəlləşdirmə prosesinə marağı artıb

22 Dekabr 2017 15:38

Azərbaycanda həyata keçirilən çöxşaxəli iqtisadi siyasət uğurlu nəticəsini verməkdədir. Sözügedən siyasətin tərkib hissəsi olan özəlləşdirmə siyasəti uğurla davam etməkdədir. Məlum olduğu kimi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən özəlləşdirmənin sürətlənməsi, bu sahədə innovasiyaların və yeni yanaşmaların tətbiqi ilə bağlı bir sıra tapşırıqlar verilir.

Mahmud Abbas: “ABŞ-ın heç bir planını qəbul etməyəcəyik”

22 Dekabr 2017 15:35

“ABŞ Yaxın Şərq sülh prosesində vasitəçi deyil və biz ABŞ-ın heç bir planını qəbul etməyəcəyik”. Bunu Fələstin lideri Mahmud Abbas deyib. Daha əvvəl isə Fələstinin xarici işlər naziri Riyad əl-Maliki deyib ki, ABŞ-ın Fələstin məsələsinə dair 2018-ci ildə elan ediləcəyi deyilən “əsrin müqaviləsi” artıq keçmişdə qalıb. 2018-ci ilin əvvəlində ABŞ prezidentinin İsrail-Fələstin probleminin həllinə dair sülh planı açıqlayacağı gözlənilir. KİV planı “əsrin müqaviləsi” adlandırıb.

İqtisadiyyat naziri Beyləqanda vətəndaşları qəbul edib

22 Dekabr 2017 15:31

Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir.

Bakıda soyğunçu saxlanıb

22 Dekabr 2017 15:31

Soyğunçuluqda şübhəli bilinən Qazax rayon sakini Zaur Əhmədov saxlanılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 13-də Rüfət Quliyevin 1000 avro və 200 manatını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən qrupun digər üzvü Qazax rayon sakini Zaur Əhmədov saxlanılıb. Araşdırma zamanı onun əvvəllər məhkum olunduğu müəyyən edilib.

Rusiyada qara qar yağıb

22 Dekabr 2017 15:27

Rusiyanın Novosibirsk şəhərinə qara qar yağıb. Məlumata görə, mer Anatoli Lokot şəhərin "Vesenniy" mikrorayonunun sakinlərindən çoxsaylı müraciətlər daxil olduğunu bildirib.

"İlham Əliyev. İnkişaf - məqsədimizdir" çoxcildliyinin 48-ci kitabı çapdan çıxıb

22 Dekabr 2017 15:22

"Əsrlər boyu Azərbaycan sivilizasiyaların qovuşduğu bir məkan olmuşdur və bu gün həm Şərqlə, həm Qərblə əməkdaşlıq siyasətimiz də, düşünürəm ki, xalqımızın çoxəsrlik adət-ənənələrinin və ölkəmizin coğrafi yerləşməsinin nəticəsidir. Bu siyasəti həyata keçirmək bizim üçün çətin deyildir. Əgər sizin öz mövqeyiniz varsa, müstəqil siyasət yürüdürsünüzsə və əgər siz etibarlı tərəfdaşsınızsa xarici siyasət təşəbbüslərini həyata keçirmək asan olur.

Bu ölkədə vulkana hüquqi şəxs statsu verilib - Ziyan vuranı cəza gözləyir

22 Dekabr 2017 15:21

Yeni Zelandiya hökuməti adanın şimalındakı Tarnaki vulkanına qanunla hüquqi şəxs statusu veriblər. Məlumata görə, bununla həmin vulkan inasnın malik olduğu eyni hüququlara malik olub. Belə ki, qərara əsasən, vulkana hər hansı ziyan vuran şəxs insana vurulacaq zərər qarşısında veriləcək cəza ilə cəzalandırlıcaq.

Ərdoğan Putinə təşəkkür etdi

22 Dekabr 2017 15:18

Türkiyə prezidenti Ərdoğan və Putin arasında telefon danışığı olub.  ABŞ-ın tarixi Qüds qərarının ardından Rəcəb Tayyib Ərdoğan Putinə zəng edərək, BMT Təhlükəsizlik Şurasında və BMT Baş Assambleyasında Qüdslə bağlı qətnamə layihəsini dəstəklədiyinə görə Rusiyaya minnətdarlığını bildirib.

Lavrov və Conson mətbuat konfransında mübahisə ediblər

22 Dekabr 2017 15:16

Rusiyanın xarici işlər naziri Sergey Lavrovla britaniyalı həmkarı Boris Conson arasında mübahisə yaranıb. Məlumata görə, mübahisə bu gün Moskvada  XİN başçılarının görüşünün yekunlarına dair keçirilən mətbuat konfransında baş verib.

Jirinovski rəsmən Putinin rəqibi oldu

22 Dekabr 2017 15:14

Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski prezident seçkilərində rəsmən ilk namizəd olub.  Bu haqda Rusiya Mərkəzi Seçki Komissiyasından bildirilib.

Yamadayevlər ailəsinin evləri müsadirə olundu

22 Dekabr 2017 15:13

Çeçenistan güc strukturlarının Qudermesdə dünən keçirdiyi xüsusi əməliyyatın təfərrüatları məlum olub.

Türkiyə Jandarm Qüvvələrinin 16 zabiti haqda həbs sanksiyası verildi

22 Dekabr 2017 15:08

Türkiyənin Jandarma Qüvvələri Komandanlığının yüksək rütbəli 16 zabitinin tutulması üçün sanksiya verilib. Hərbçilərin saxlanılması üçün paytaxt Ankara başda olmaqla ölkənin 9 əyalətində əməliyyat-axtarış tədbirləri keçirilir.

Xoşbəxt Yusifzadə: "TANAP-ın müəllifi prezident İlham Əliyevdir"

22 Dekabr 2017 15:04

Bu gün biz onunla fəxr edirik. Fəxr edirik ki, çox az bir müddətdə Azərbaycan bu qədər gözəlləşib, çiçəklənən dövlətə çevrilib. Hara baxırsan, göz oxşayır. Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Bizim bütün şəhərlərimiz abadlaşır.

İSESCO rəhbəri: “İslam aləmində savadsızlıq geniş yayılıb”

22 Dekabr 2017 15:01

İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESCO) baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycrinin rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində olub. Universitetin professor-müəllim heyətinin iştirakı ilə keçirilən tədbirdə çıxış edən rektor Abel Məhərrəmov baş direktor əl-Tüveycrinin dünyanın tanınmış siyasətçilərindən biri olduğunu, müasir dünyada təhsilin, elmin və mədəniyyətin inkişafına layiqli  töhfələr verdiyini bildirib. O, İSESCO-nun əsas məqsədinin islam ölkələri arasında həmrəyliyi möhkəmləndirmək, qarşılıqlı əlaqələri daha da yaxşılaşdırmaq, islam ölkələrinin əldə etdiyi uğurları, zəngin mədəniyyəti, elmi və incəsənəti dünyaya təqdim etmək olduğunu xüsusilə qeyd edib.

9 avtomobili qarət edən saxlanıb

22 Dekabr 2017 14:56

Bakıda avtomobillərdən oğurluq edən şəxs tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, oğurluq etdiyinə üçün tutulan Eldar İsmayılovun ətrafında Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsi əməkdaşları tərəfindən əməliyyat tədbirləri aparılıb.