Mahmud Abbas: “ABŞ-ın heç bir planını qəbul etməyəcəyik”

“ABŞ Yaxın Şərq sülh prosesində vasitəçi deyil və biz ABŞ-ın heç bir planını qəbul etməyəcəyik”. Bunu Fələstin lideri Mahmud Abbas deyib. Daha əvvəl isə Fələstinin xarici işlər naziri Riyad əl-Maliki deyib ki, ABŞ-ın Fələstin məsələsinə dair 2018-ci ildə elan ediləcəyi deyilən “əsrin müqaviləsi” artıq keçmişdə qalıb. 2018-ci ilin əvvəlində ABŞ prezidentinin İsrail-Fələstin probleminin həllinə dair sülh planı açıqlayacağı gözlənilir. KİV planı “əsrin müqaviləsi” adlandırıb.

"ABŞ Yaxın Şərq sülh prosesində vasitəçi deyil və biz ABŞ-ın heç bir planını qəbul etməyəcəyik". Bunu Fələstin lideri Mahmud Abbas deyib. Daha əvvəl isə Fələstinin xarici işlər naziri Riyad əl-Maliki deyib ki, ABŞ-ın Fələstin məsələsinə dair 2018-ci ildə elan ediləcəyi deyilən "əsrin müqaviləsi" artıq keçmişdə qalıb. 2018-ci ilin əvvəlində ABŞ prezidentinin İsrail-Fələstin probleminin həllinə dair sülh planı açıqlayacağı gözlənilir. KİV planı "əsrin müqaviləsi" adlandırıb.

Qeyd edək ki, BMT Baş Assambleyası dekabrın 21-də ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması qərarının qəbul edilməməsi ilə bağlı qətnaməni qəbul edib. Sənədin lehinə 128 ölkə səs verib. 9 ölkə qətnamənin əleyhinə səs verib. 35 dövlət isə bitərəf qalıb. Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31