Hikmət Hacıyev: “XİN rəhbərlərinin görüşü ölkələr arasındakı münasibətlərə xüsusi impuls verir”

“Regional əməkdaşlığın üçtərəfli formatı Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biridir. Azərbaycan-İran-Türkiyə formatının inkişafı 2011-ci ildə XİN rəhbərlərinin Urmiya şəhərindəki görüşü ilə başladı”. “Olaylar” xəbər verir ki, bu fikirləri Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Moscow-Baku portalına XİN başçıları - Elmar Məmmədyarov, Mevlüt Çavuşoğlu və Məhəmməd Cavad Zərifin Bakı görüşündən danışarkən deyib.

"Regional əməkdaşlığın üçtərəfli formatı Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biridir. Azərbaycan-İran-Türkiyə formatının inkişafı 2011-ci ildə XİN rəhbərlərinin Urmiya şəhərindəki görüşü ilə başladı". "Olaylar" xəbər verir ki, bu fikirləri Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Moscow-Baku portalına XİN başçıları - Elmar Məmmədyarov, Mevlüt Çavuşoğlu və Məhəmməd Cavad Zərifin Bakı görüşündən danışarkən deyib. O, qeyd edib ki, Bakı XİN rəhbərlərinin 5-ci görüşünə ev sahibliyi edib: "Görüş ərzində nazirlər ölkələrimiz arasında münasibətlərin hərtərəfli inkişafını müzakirə edib. Əlbəttə ki, bu görüş ölkələr arasındakı münasibətlərə xüsusi impuls verir". H.Hacıyev bildirib ki, görüş zamanı nazirlər siyasi, iqtisadi və ticarət məsələlərini müzakirə ediblər. O əlavə edib ki, görüş anlaşma mühitində konstruktiv formatda baş tutub: "Nazirlər növbəti görüşün Türkiyədə keçirilməsi barədə razılıq əldə edib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31