Rusiya XİN: Gümrüdəki hərbi bazanın çıxarılması ilə bağlı İrəvandan müraciət daxil olmayıb – ÖZƏL
10:07 SiyasətOlaylar.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi Ermənistanın Gümrü şəhərində yerləşən 102-ci Rusiya hərbi bazasının ölkədən çıxarılması ilə bağlı İrəvandan heç bir rəsmi müraciət almadığını bildirib. Rusiya XİN rəhbərinin müavini Mixail Qaluzin bu hərbi varlığın Ermənistanın və Cənubi Qafqazın təhlükəsizlik memarlığında mühüm rol oynadığını və hazırda ona real alternativin olmadığını vurğulayıb.
Moskva İrəvanla müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığı, o cümlədən ikitərəfli münasibətlərin "inventarizasiyası" çərçivəsində müzakirə etməyə hazır olduğunu bəyan edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31