Dövlətçilik əleyhinə fəaliyyət göstərən “istimai-siyasi fəallar”
Artıq bir neçə ildir ki, müxtəlif adlar altında Avropaya mühacirət edərək orada özünü ictimai-siyasifəal kimi təqdim edən “soydaşlarımız”ın ölkəmizi qoca qitədə gözdən salmaq, onun imicinə xələl gətirmək kimi “fəaliyyətlərinə şahidlik edirik. Azərbaycana qarşı sanki düşmənlərimiz qədər qənim kəsilən bu kimi şəxslər elə öz antiAzərbaycan fəaliyyətlərini də demək olar ki, erməni lobbisinin maliyyə dəstəyi ilə reallaşdırırlar. Son vaxtlar isı müşahidə etdiyimiz mənzərə ondan ibarətdir ki, yağışdan sonra çoxalan göbələklər kimi dövlətçilik, millətçilik, milli maraqlar əleyhinə fəaliyyət göstərən “soydaşlarımız”ın sayı xeyli artıb. Hazırda artan bu “hərəkətlilik” isə qarşıdan gələn prezident seçkiləri ilə əılaqədardır. Çünki bir qayda olaraq bu və ya digər seçkilər, xüsusilə də prezident seçkiləri ərəfəsində Azərbaycana qarşı bu kimi hücumların sayı və əhatə dairəsi artır.
22 Dekabr 2017 14:02 SiyasətArtıq bir neçə ildir ki, müxtəlif adlar altında Avropaya mühacirət edərək orada özünü ictimai-siyasifəal kimi təqdim edən "soydaşlarımız"ın ölkəmizi qoca qitədə gözdən salmaq, onun imicinə xələl gətirmək kimi "fəaliyyətlərinə şahidlik edirik. Azərbaycana qarşı sanki düşmənlərimiz qədər qənim kəsilən bu kimi şəxslər elə öz antiAzərbaycan fəaliyyətlərini də demək olar ki, erməni lobbisinin maliyyə dəstəyi ilə reallaşdırırlar. Son vaxtlar isı müşahidə etdiyimiz mənzərə ondan ibarətdir ki, yağışdan sonra çoxalan göbələklər kimi dövlətçilik, millətçilik, milli maraqlar əleyhinə fəaliyyət göstərən "soydaşlarımız"ın sayı xeyli artıb. Hazırda artan bu "hərəkətlilik" isə qarşıdan gələn prezident seçkiləri ilə əılaqədardır. Çünki bir qayda olaraq bu və ya digər seçkilər, xüsusilə də prezident seçkiləri ərəfəsində Azərbaycana qarşı bu kimi hücumların sayı və əhatə dairəsi artır.
İstər daxildə, istərsə də müxtəlif adlar altında üz tutduqları və sığınacaq aldıqları Avropada əsas fəaliyyət istiqamətlərini Azərbaycan dövlətçiliyi əleyhinə yönəldən bu kimi şəxsləri təəssüflər olsun ki, nə Vətən, nə də millət, xalq düşündürür. Onları düşündürən yalnız bir məqamdır. Hansısaxarici dairələrdən, lap elə erməni lobbisindən aldıqları sifariş əsasında Azərbaycan dövləti barədəmənfi rəy formalaşdırmaq. Burada maraqlı nüans ondan ibarətdir ki, əgər əvvəllər milli maraqlarəleyhinə fəaliyyətə cəlb edilmiş bu kimi şəxslər yalnız siyasi cəhətdən "ixtisaslaşmışdılarsa", indidigər sahələrdə də dövlətçilik əleyhinə fəaliyyət göstərən milli ünsürlər vardır. Belə ki, siyasisahədə "ixtisaslaşmış", təlimat almış milli xainlər bir qayda olaraq Azərbaycanda fikir, söz azadlığı,plüralizmin pozulduğunu iddia edirsə, hüquqi sahədə "ixtisaslaşmış" antimilli qüvvələr isəAzərbaycanda insan hüquq və azadlıqlarının pozulduğu iddiası ilə çıxış edirlər. Paralel olaraq sonillərdə iqtisadi sahədə də təlimat alaraq "ixtisaslaşmış" dövlətçilik əleyhinə fəaliyyət göstərən"soydaşlarımıza" rast gəlirik. Onlar isə bir qayda olaraq ölkədə investisiya mühitinin olmaması,korrupsiya və rüşvətxorluğun yayıldığı görüntüsü yaratmağa çalışır, bu istiqamətdə özlərinə yaxınmedia qurum və quruluşlarında, daha çox isə sosial şəbəkələrdə "fəalllıq" göstərirlər.
Milli maraqlar, dövlətçilik əleyhinə fəaliyyət göstərən belə şəxslərdən biri İntiqam Xudiyevdir."Avropa Demokratik Dəyərlərinin Təbliği Mərkəzi" İctimai Birliyi adlı təşkilatın rəhbərstrukturunda təmsil olunan İntiqam Xudiyevin də özünə sığınacaq tapdığı Almaniyada işi-gücü Azərbaycanı aşağılamaqdan, onu gözdən salmaqdan ibarətdir. Vətən, millət, xalq anlayışından çox-çox uzaq olan İntiqam Xudiyevin başı o qədər dövlət əleyhinə fəaliyyət göstərməyə qarışıb ki, hətta bu milli xainin atası rəhmətə gedəndə belə İntiqam Xudiyev öz doğma atasının hüzr mərasiminə gəlməyib. Səbəb isə İntiqam Xudiyevin mərhum atasının oğlunu bu yoldan, dövlətçilik əleyhinə fəaliyyət göstərməkdən çəkindirmək cəhdi olub. Lakin ata övladını Azərbaycana düşmən olan qüvvələrin əhatə dairəsindən uzaqlaşdıra bilməyib. Məhz İntiqam Xudiyevin atasının da elə ölənə qədər bu dərdi çəkdiyi bildirilir.
İntiqam Xudiyev Almaniyada belə bir rəy formalaşdırmağa çalışır ki, guya Azərbaycanda vətəndaş heç bir halda dövlətə və hakimiyyətə etibar eləmir. Ancaq Xudiyev unudur ki, elə bir müddət əvvəl beynəlxalq təşkilatın Azərbaycanda keçirdiyi rəy soğrusunun nəticəsindən aydın oldu ki, vətəndaşların 80 faizdən çoxu hazırkı hakimiyyətə inanır, etibar edir.
Əsas fəaliyyətini dövlətçilik əleyhinə yönəldən digər "ictimai-siyasi fəal" isə Xədicə Eyvazovadır. "Azərbaycan İnsan Hüquq və Azadlıqlarının Müdafiəsi Komitəsi" adlı bir İctimai Birliyin sədr muavini vəzifəsini icra edən Xədicə Eyvazova bütün fəaliyyətini, imkanlarını Azərbaycan dövləti, doğulub boya-başa çatdığı Vətəninə qarşı mübarizəyə həsr edib. İstər sosial şəbəkələrdə yazdığı statuslar, istərsə də hakimiyyətə radikal mövqedə olan media qurum və quruluşlarında dərc etdiyi yazılar, müsahibələrdə Xədicə Eyvazova əsas diqqəti ona yönəldir ki, guya Azərbaycanda söz, mətbuat, sərbəst toplaşmaq azadlıqları pozulur, bu kimi azadlıqları tələb edənlər siyasi motivli həbslərə məruz qalırlar. Adını hüquq müdafiəçisi qoyan bu xanım əslində öz səsləndirdiyi fikirlərlə özünü təkzib etmiş olur. Ölkədə fikir, söz azadlığının pozulduğunu iddia edən Xədicə Eyvazova yerli elektron KİV-lərdən birinə verdiyi müsahibədə elə fikir, söz, məlumat azadlığının mövcudluğundan istifadə edərək hakimiyyəti, onun ayrı-ayrı qollarını qərəzli, əsassız şəkildə tənqid edir. Həmçinin hakimiyyətin narazı insanların toplaşmasından qorxduğunu iddia edən, belə bir görüntü yaradaraq dövlətin adına ləkə gətirməyə çalışan bu "hquq müdafiəçisi" nədənsə 3 gündən bir Əli Kərimlinin 3-4 nəfər tərəfdarının "Məhsul" stadionuna toplaşıb çığır-bağır qopartmasını yada salmır. Çünki, onun qarşısında qoyulan əsas vəzifə və hədəf Azərbaycan dövlətçiliyi əleyhinə fəaliyyət göstərmək, ölkəmizin imicinə xələl gətirməkdir. Ümumiyyətlə şəxsi maraqları üçün dövlətini, Vətənini satmağa hazır olan bu xanımın hətta öz doğma anasını ölkədən didərgin saldığı da bildirilir.
Fəaliyyətini Azərbaycan dövlətçiliyi əleyhinə yönəldən sosial şəbəkə qəhrəmanlarından biri də Elvin Məmiyevdir. Sosial şəbəkədə Azərbaycan barədə mənfi rəy formalaşdırmağa çalışan Məmiyev də Azərbaycanda fikir, söz azadlığı, plüralizmin olmadığını iddia etməklə ölkəmizin imicinə, beynəlxalq aləmdəki nüfuzuna zərbə vurmağa çalışır. Həmçinin Məmiyev iqtisadi sferaya da özünü pərçim edərək Azərbaycanda iş adamlarının incidildiyi, sahibkarlıq subyektlərinin əsassız yoxlamalara məruz qaldığı, korrupsiya və rüşvətxorluğun geniş şəkildə yayıldığını iddia edir ki, bununla da xarici investorların Azərbaycana sərmayə yatırmasının qarşısı almağa çalışır.
Ruslan Cavadov da Azərbaycan, dövlətçilik əleyhinə sosial şəbəkədə fəaliyyət göstərən "qəhrəmanlardan" sayılır. Bu şəxs sosial şəbəkələrdəki fəaliyyətini ölkəmizin imicinə zərbə vurmaq, Azərbaycan barədə mənfi rəy formalaşdımaq üzərində qurub. Yazdığı statuslar, səsləndirdiyi fikirlərin əsas motivi ondan ibarətdir ki, guya Azərbaycanda insan hüquq və azadlıqları pozulur, insanlar siyasi baxışlarına görə həbs edilir. Ruslan Cavadov ermənilərdən belə artıq dərəcədə dövlətə, dövlətçiliyə nifrət etdiyi üçün hətta onun atasının Ruslandan övlad kimi imtina etdiyi söylənilir. Eyni zamanda yaxın qohum-əqrabası da Ruslan Cavadovun antimilli mövqeyi səbəbindən ondan uzaqlaşıb.
Göründüyü kimi, bu kimi antimilli qüvvələrin fəaliyyəti heç də Azərbaycana düşmən münasibətdə olan ermənilərin mövqeyindən, ölkəmiz əleyhinə göstərdikləri fəaliyyətdən geri qalmır. Hətta qeyd edərdim ki, bir çox hallarda düşmənin Azərbaycan əleyhinə formalaşmış mövqeyindən daha kəskin xarakter alır. Ona görə də bu kimi antimilli qüvvələr, dövlətçilik əleyhinə fəaliyyət göstərən ünsürlərin fəaliyyətinin araşdırılması, onların ifşa olunması vacibdir, zəruridir. Çünki xalq bunların kimliyini, nə işlə məşğul olduqlarını bilməlidir. Cəmiyyət zamanında dövlətçilik əleyhinə çıxan antimmilli ünsürləri cəzalandırmalıdır ki, digərlərinə də dərs olsun. Və gələcəkdə erməni lobbisinin maliyyəsinə aldanıb Azərbaycan əleyhinə fəaliyyətə qoşulmasınlar.
Füzuli